Füzulidə ağır qəza

10:50 13-09-2023 | icon 293 | Hadisə
Füzulidə ağır qəza

Ötən gecə Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-in Mətbuat Xidməti xəbər verir ki, saat 21 radələrində Şaiq Hiday oğlu Həsənov idarə etdiyi VAZ-2107 markalı avtomobillə Füzuli rayonu Qayıdış-5 qəsəbəsi ərazisində qəza törədib. Belə ki, avtomobil sürücünün idarəetməsindən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

 

Nəticədə Ş.Həsənov və avtomobildə olan sərnişin 2000-ci il təvəllüdlü Fizuli Ceyhun oğlu Məmmədov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

 

Avtomobildə olan digər sərnişinlər - 2003-cü il təvəllüdlü Abid Elşən oğlu Məmmədov, 2002-ci il təvəllüdlü Rəhim Arzuman oğlu Zamanov, 2001-ci il təvəllüdlü Cavanşir Rauf oğlu Aslanov, 2002-ci il təvəllüdlü Rövşən Xaləddin oğlu Əhmədov və 2000-ci il təvəllüdlü Elnur İlqar oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Azərbaycanda yeni peyvənd VURULACAQ

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB