Ölkə çempionatının 7 çəkidə medalçıları müəyyənləşib

11:12 20-02-2019 | icon 536 | İdman
Ölkə çempionatının 7 çəkidə medalçıları müəyyənləşib

Sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı start götürüb.

 

Azərbaycan Güləş Federasiyasından Versus.Az-a verilən məlumata görə, "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən çempionatın birinci günündə 45, 48, 51, 55, 60, 65 və 71 kiloqram çəki dərəcələrində 200-ə yaxın yeniyetmə yunan-Roma güləşçisi mübarizə aparıb.

Açılış mərasimindən sonra medal görüşlərinə start verilib.

 

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Təvəkkül Həziyev (45 kq), Məlik Əliyev (48 kq), Elmir Əliyev (51kq), Nihat Məmmədli (55 kq), Alı Alıyev (60 kq), Xasay Həsənli (65 kq) və Allahverdi Əliyev (71 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Çempionata fevralın 23-də yekun vurulacaq.

Mükafatçılar müvafiq yığmalara cəlb olunaraq Azərbaycanı Avropa və dünya çempionatları ilə yanaşı, iyulda Bakıda təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya Festivalında təmsil edəcəklər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı