Gürcü dilini bilən mütəxəssislərin diqqətinə

13:18 20-02-2019 | icon 530 | Təhsil
Gürcü dilini bilən mütəxəssislərin diqqətinə

Dövlət İmtahan Mərkəzi (DİM) fənlər üzrə gürcü dilində yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin işə qəbulunu elan edir.

 

DİM-dən Versus.Az-a verilən məlumata görə, maraqlanan şəxslər CV formasını 2019-cu il mart ayının 15-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin funksiyaları:

  • gürcü dilində test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi;

  • gürcü dilində tərtib olunmuş test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizası;

  • test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının gürcü dilinə tərcüməsi.

 

İxtisas tələbləri və digər şərtlər:

  • Aşağıdakı ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalıdır:

- Azərbaycan dili;

 

- gürcü dili;

- rus dili;

- riyaziyyat;

  • Yeni təhsil proqramları (kurikulumlar) üzrə məlumatlı olmalıdır;

  • Microsoft Office proqramlarında işləməyi bacarmalı, Azərbaycan dili, rus dili və riyaziyyat üzrə ixtisaslı mütəxəssislər gürcü dilini mükəmməl bilməlidirlər.

İşə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Maraqlanan şəxslərdən CV formasını buradan yükləyib tam şəkildə dolduraraq 2019-cu il mart ayının 15-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı