Xəzər rayonunda Xocalı soyqırımının 27-ci ildönümü

15:00 20-02-2019 | icon 422 | Qarabağ
Xəzər rayonunda Xocalı soyqırımının 27-ci ildönümü

Bu gün YAP Xəzər rayon təşkilatının və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib.

 

Versus.Az-ın məlumatına görə, tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının İdarə Heyətinin üzvü Gülağa İslamov, Xəzər rayon Ağsaqqalar şurasının sədri Rövşən Salahov, rayon vətən müharibəsi, əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Səfa Əliyev, Xocalı faciəsində ailə üzvləri şəhid olmuş Nanə Mehdiyeva və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbirin əvvəlində Xocalı soyqırımında və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımı barədə film nümayiş etdirilib.

 

Tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, millət vəkili Rauf Əliyev, rayon vətən müharibəsi, əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Səfa Əliyev, Xocalı faciəsində ailə üzvləri şəhid olmuş Nanə Mehdiyeva çıxış ediblər.

 

Çıxış edənlər erməni silahlı qüvvələri tərəfindən 1992-ci ilin 25-dən 26-na keçən gecə dinc Xocalı sakinlərinə qarşı həyata keçirilmiş soyqırım haqqında məlumat verərək bildiriblər ki, soyqırım nəticəsində 63-ü üşaq, 106-ı qadın, 70 qoca olmaqla 613 dinc sakin qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynlərini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-ı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb.

 

Millət vəkili Rauf Əliyev bildirib ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması hazırda Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Hazırda üç ölkə və bir beynəlxalq təşkilat bu faciəni tam şəkildə qətilam kimi, 10 ölkə rəsmi parlament səviyyəsində tanıyıb, Amerika Birləşmiş Ştatlarında 22 ştat Xocalı soyqırımının rəsmi tanınması ilə bağlı sənəd qəbul edib. Daha sonra R.Əliyev Xocalı soyqırımının dünyada tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayaraq beynəlxalq miqyasda aparılan “Xocalıya ədalət” kampaniyasının böyük əhəmiyyət daşıdığını qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı