Toylarda şəhidləri yad etmək olarmı?

19:22 02-10-2023 | icon 612 | Cəmiyyət
Toylarda şəhidləri yad etmək olarmı?

Tural İrfan: "Bu hərəkət şəhidlərin yaxınlarına mənfi təsir edə bilər"

 

"Toy məclisləri də gərək milli və dini adətlərimizə uyğun olsun. Ənənələri unutmaq olmaz. Gözəldir ki, hər bir nişan, toy, nikah mərasimindən əvvəl səbəbkarlar yaşadıqları məntəqənin şəhidlərini ziyarət etsinlər, dua oxusunlar, məzarlarına çiçək qoysunlar. Bir növü yaşadığımız torpağın uğrunda özlərini torpağa verənlərdən halallıq alsınlar".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib.
 
 
 
T.İrfan qeyd edib ki, əsasən toy və nişan məclislərində də şəhidlərin xatirəsinin yad edilməsi, onlara rəhmət oxunması gözəldir. Ancaq məclis şənlik məclisi və ya içkili, musiqili mərəkə olarsa burada bir qədər həssas davranmaq lazımdır:
 
 
"Məclisin açılışı zamanı giriş sözündə şəhidlərimizə rəhmət deyilib yad edilməsi daha uyğundur. Məclisin ortasında, tez-tez masabəyi və müğənni tərəfindən hay-küylə, şou yaratmaqla şəhidlərimizi dini və milli adətlərə zidd formada xatırlatmaq, adlarını çəkmək, içkili insanları ayaq üstə qaldırıb-oturtmaq kimi əməllər doğru deyil. Ola bilsin bəzi müğənnilər, toy aparanlar özlərini vətənpərvər göstərmək, özlərini daha çox istəmək, diqqətdə olmaq üçün bu işləri bayağı şəkildə edirlər. İçki və musiqi məclisində həmin şəhidlərin yaxınları da iştirak edə bilər. Bu hərəkət onlara mənfi təsir edə bilər. Ümumiyyətlə şəhidlərimizi layiqli şəkildə, ağır formada, dini və milli adətlərimizə uyğun şəkildə yad etməliyik".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK

Bəzi tikinti materialları BAHALAŞACAQ

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə