“Orta məktəb şagirdləri arasında sosiallaşma çox aşağıdır”

17:40 20-02-2019 | icon 428 | Təhsil
“Orta məktəb şagirdləri arasında sosiallaşma çox aşağıdır”

 

Azərbaycanda yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsi Milli Məclisin fevralın 19-da keçirilən iclasında müzakirəyə çıxarılıb. Yeni qanun layihəsi müzakirələrdən sonra ikinci oxunuşda qəbul edilib.Qanun layihəsinin müzakirəsi zamanı bir çox millət vəkilləri özünün təklif və iradlarını bildiriblər. 

 

Versus.Az  Azedu.Az-a istinadən xəbər verir ki, millət vəkili Tahir Mirkişili qanin layihəsinə sosiallaşmanın əlavə olunmasını təklif edib: 

““Ümumi təhsil haqqında”qanun layihəsi təhsilin bu gün ən böyük qoludur. 1 milyon 500 min şagird oxuyur, eyni zamanda 100 mindən çox müəllim öz fəaliyyətini burda davam etdirir. Ona görə hesab edirəm ki, qanun layihəsi kifayət qədər əhatəlidir. Müasir çağdaş dövrün bir çox tələbləri bu sənəddə öz əksini tapıb. 

Bu gün Azərbaycanda əhalinin 80 faizi internet istifadəçisidir. Sosial şəbəkələrdə istifadəçilərimizin sayı 3 milyon nəfərə yaxındır. Bu istifadəçilər arasında orta məktəbdə oxuyan şagirdlər və məktəbi qutaran gən insanlar var. Bu gün internetin bizə verdiyi üstünlüklə yanaşı mühüm bir problem ortaya çıxardı ki, buda şagirdlər arasında sosiallaşmanın çox aşağı səviyyədə olmasıdır. Müşahidələrimiz göstərir ki, bu gün orta məktəb şagirdləri bir-birilə danışanda daha çox telefon və sosial şəbəkələrdən istifadə edirlər. Təklif edirəm ki, qanun layihəsinə sosiallaşmanı da əlavə edək və orta məktəbdə bununla bağlı daha çox işlər görülsün”  

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”