Musa Qasımlı: “Bununla erkən nikahın qarşısını alacağıq”

17:46 20-02-2019 | icon 520 | Təhsil
Musa Qasımlı: “Bununla erkən nikahın qarşısını alacağıq”

 

“Ümumi təhsil haqqında” qanun layihəsi məktəblərimizdə kadr məsələsinin keyfiyyətinin yaxşılaşmasına təsir göstərəcək”.

Versus.Az Azedu.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı parlamentin plenar iclasında çıxış edərkən deyib:

 

“Heç kəsə sirr deyil ki, SSRİ dağılandan sonra məktəblərimizə təhsildən uzaq olan bir çox şəxslər gəlib-doluşdular. Bu gün məktəblərimizdən həmin adamların uzaqlaşdırılması zamanı gəlib çatıb. “Ümumi təhsil haqqında” qanun layihəsi qəbul ediləndə məktəblərimiz təmizlənəcək və ora həqiqi müəllimlik peşəsini sevən adamlar gələcək”.

 

Deputat həmçinin bir məsələni də xüsusi vurğulamaq istədiyini bildirib:

 

“Bizim kənd məktəblərində müəllimlərin çatışmazlığı var. Qadın universiteti qurtarıb, kəndə yaşayır, amma müəyyən səbəblərdən Bakıya gəlib imtahan verə bilmir. Onun diplomu üzrə məktəbdə müəllim yoxdur. Bu dərsi demək üçün başqa yerdən müəllim gəlir işləyir. Burda deyə bilmədiyim bəzi neqativ hallar baş verir. Olmaz ki, həmin adamlarla müqavilələr bağlansın və onlar öz ixtisasları üzrə müəllimlik fəaliyyətinə başlasın. Biz bunu etməklə digər bir məsələni həll etmiş oluruq: Qızların təhsilə cəlb olunması və erkən nikahın qarşısını alırıq.

Bir dağ kəndində qadın müəllimə dərsə gedəndə qonşular öz qızlarını ona qoşub dərsə göndərəcək. Beləliklə, bizim qızlar da  təhsil alacaqlar. “Rəhmətlik Mirzə Cəlil deyirdi millətin gələcəyi anaların əlindədi.

Bu zaman erkən nikah aradan qalxacaq, kəndin ümumi mədəniyyəti yüksələcək. Hesab edirəm ki, bu qanunun qəbulundan sonra Təhsil Nazirliyi buna xüsusi fikir verməlidir. Bu qanun bizim tədrisin keyfiyyətini yüksəldəcək və repetitorluğun qarşısını alacaq.”

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı