“Xocalı: Şahidlər danışır” - KİTAB TƏQDİMATI

09:41 21-02-2019 | icon 741 | Ədəbiyyat
“Xocalı: Şahidlər danışır” - KİTAB TƏQDİMATI

Bakının Pirşağı qəsəbəsində müvəqqəti yerləşən Xocalı şəhər 2 saylı orta məktəbdə yazıçı və publisist İradə Əlilinin Xocalı soyqırımının 27 illiyi münasibəti ilə “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı keçirilib.

 

Bunu Versus.Az-a Azərbaycanda Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının (AQSİA) Sosial İş Komissiyasının rəhbəri Gülnarə Xəlilova deyib.

Onun sözlərinə görə, təqdimat AQSİA-nın köməkliyi ilə təşkil edilib. “Xocalı: Şahidlər danışır” kitabı 4 dildə - Azərbaycan, rus, ingilis və türk dillərində çap edilib, daha əvvəl isə Azərbaycan, Türkiyə və Ukraynanın şəhərlərində təqdim edilib. Kitabda Xocalı soyqırımı şahidlərinin və işgəncələrə məruz qalmış insanların acı xatirələri əks olunub.

 

Tədbirdə məktəbin müəllim kollektivi və şagirdlər, Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin üzvləri, ictimai xadimlər iştirak ediblər.

 

Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin ağır nəticələri barədə danışıblar. Qeyd edilib ki, Xocalı soyqırımı ən dəhşətli cinayətlərdən biridir. Ermənilərin xalqımıza qarşı cinayəti, eləcə də Xocalı soyqırımını törədən şəxslər cəzasız qalmayacaqlar. Vurğulanıb ki, ölkəmizin rəhbərliyinin apardığı məqsədyönlü siyasət sayəsində Ermənistanın cinayət əməllərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üzrə vacib iş aparılır və hər birimiz bu prosesdə iştirak etnəlidir, bir sıra dövlətlər, nüfuzlu beynəlxalq strukturlar Ermənistanın təcavüzünü tanıyıblar.

 

Məktəblilər mahnılar ifa ediblər və Vətən, Qarabağ, Xocalı barədə şeirlər oxuyublar. Tədbirdən sonra qonaqlar Xocalı şəhər 2 saylı məktəblə, tədris şəraiti və istedadlı uşaqların bacarıqlarının inkişafı ilə tanış olublar.

 

Xatırladaq ki, Xocalı soyqırımı erməni millətçiləri və işğalçılarının Azərbaycan xalqına qarşı 200 ildən artıq müddət ərzində apardığı etnik təmizlik və soyqırım siyasətinin qanlı səhifəsidir. Bu qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri beynəlxalq hüququn bütün normalarını pozaraq Xocalıya ağır texnika yeridib, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə görünməmiş qəddarlıqla divan tutub. Bu hərbi-siyasi təcavüz zamanı şəhərin 613 sakini, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olub, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb.

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi