“Öz biznesinin sahibi ol” – TƏQDİM EDƏCƏK
Azərbaycan Respublikası Əlil Qadınlar Cəmiyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti ilə birgə Finlandiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə 2018-ci il iyul-2019-cu il fevral tarixləri ərzində icra etdiyi “Öz biznesinin sahibi ol” layihəsinin nəticələrinin təqdimatını keçirəcək.
Versus.Az-ın məlumatına görə, Layihənin əsas məqsədi Azərbaycanın regionlarında əlilliyi olan qadınlar üçün özünəməşğulluq imkanlarını genişləndirməkdir.
Təqdimat tədbirində dövlət qurumlarının, qeyri-hökümət təşkilatlarının, beynəlxalq təşkilat və səfirliklərin, biznes şirkətlərinin, kütləvi informasiya nümayəndələrinin iştirakı gözlənilir.
Təqdimat mərasimi fevralın 27-də saat 09.30-13.00-da Bakı şəhəri, Qafqaz City Oteldə düzənlənəcək.
Ünvan: Tbilisi prospekti 34, ikinci mərtəbə.
Əlaqə: (050) 255 11 01 - Məhluqə Rəhimova
Versus.Az
Xəbər lenti
Bayram günü Bakıda və bölgələrdə gözlənilən hava PROQNOZU
Küləyin sürəti 15 m/saniyəyə çatacaq