"O, yenidən "Qarabağ kartı"ndan istifadə etmək istəyir"

13:35 21-02-2019 | icon 488 | Siyasət
"O, yenidən "Qarabağ kartı"ndan istifadə etmək istəyir"

"Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryan öz çirkin əməllərini ört-basdır etmək məqsədilə yenidən "Qarabağ kartı"ndan istifadə etmək istəyir".

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu millət vəkili Rauf Əliyev deyib. O qeyd edib ki, R.Koçaryan həbsxanadan Qarabağla bağlı bəyanat yayaraq Ermənistanın yeni hakimiyyətini "qondarma rejimin əsasları"na zərbə vurmaqda ittiham edir:

 

"Vaxtilə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycan dövləti əleyhinə fəaliyyət göstərən separatçı millətçi hərəkatın liderlərindən biri olan Koçaryanın rəhbərlik etdiyi "Qarabağ klanı" Ermənistanda hakimiyyəti ələ keçirmişdi. Dağlıq Qarabağın və ətraf rayonların işğalında, Xocalı soyqırımının törədilməsində Koçaryan və onun əlaltıları əsas rol oynayıb. Hakimiyyətdə olduğu dövrdə yol verdiyi bir sıra cinayət işlərinə görə indi həbsdə olan Koçaryan öz çirkin əməllərini ört-basdır etmək məqsədilə vaxtilə istifadə etdiyi "Qarabağ kartı"ndan yenidən istifadə etmək istəyir".

 

Deputat vurğulayıb ki, Azərbaycan rəhbərliyi tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması sahəsində aparılan düşünülmüş, beynəlxalq hüquq normalarına əsaslanan siyasət son vaxtlar bu danışıqların nəticə verəcəyinə ümidləri artırıb:

 

"Bu proseslərdən təşvişə düşən Koçaryan belə bəyanatı ilə Ermənistan cəmiyyətində özünə dəstək qazanmağa çalışır, ona qarşı açılmış cinayət işindən yaxasını qurtarmağa cəhd göstərir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları