"İstərdim ki, Xocalıda vəhşilik törədənlər öz cəzasını alsınlar"

14:04 21-02-2019 | icon 553 | Qarabağ
"İstərdim ki, Xocalıda vəhşilik törədənlər öz cəzasını alsınlar"

 

"İstərdim ki, Xocalıda vəhşilik törədənlər öz cəzasını alsınlar və Şuşa türməsində cəza çəksinlər. Çünki onlar Şuşanı "çox istəyirlər".

 

Versus.Az report.a istinadən xəbər verir ki, bunu Xankəndi seçki dairəsindən seçilmiş deputat Flora Qasımova Qafqaz Müsəlmanları İdarəsində keçirilən “Xocalı Soyqırımı xalqın əbədi yaddaşındadır: Xocalıya ədalət!” adlı tədbirdə deyib.


Onun sözlərinə görə, Ermənistan, erməni separatçıları Şuşanı erməniləşdirmək istəyirlər: "O torpaqlara azərbaycanlıların qanı tökülüb. Bu gün Xocalının adını dəyişib orada uşaq bağçası tikiblər. Hansı ki, orada 1000-dən çox erməni yerləşdirilib. Bu gün bizə müraciət edirlər ki, gəlin xalqları sülhə hazırlayaq. Bunları görəndə isə bilmirəm nə edim, mən seçicilərimin qarşısına çıxım onlara nə deyim?".

F.Qasımova qeyd edib ki, ermənilər Dağlıq Qarabağdakı və işğal altında olan digər rayonlarda yer adlarını dəyişirlər: "Bizim yaşadığımız Qubadlıda, Kəlbəcərdə təpələrə xaç qoyurlar. Vaxtilə alban kilsələrini saxtalaşdırıb erməniləşdirdilər. Ermənistanda hakimiyyətdə olmuş seperatçı qüvvələr xalqların bir-biriylə yaxınlaşmasına imkan vermirdi. Bu vəziyyət indi də dəyişməyib. Sadə xalqı günahlandırmıram. Düzdür, bizə yuxarıdan aşağıya baxırdılar. Mən Xankəndində doğulmuşam. Ancaq sadə xalq müharibə istəmirdi. Qarabağda yaşayan yerli əhali də bilir ki, biz ora qayıdacağıq, çünki ora Azərbaycan torpağıdır".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin