Əməkdar artist Röya Ayxan və müğənni Xəyyam Nisanov barışdıqdan sonra ilk dəfə bir araya gəliblər.

 

Versus.Az Axşam.az-a istinadla bildirir ki,  Xəyyam məclislərin birində səhnəni Röya ilə bölüşüb.

İfaçı birlikdə çəkilən videolarını "Qısa bir zamandan sonra qovuşduq. Çünki bizim bir-birimizə ehtiyacımız var. 30 il birlikdəyik" sözlərini yazıb.

Qeyd edək ki, Xəyyamla Röya uzun müddət küsülü qalıblar. Hətta Xəyyamın Röyanı Rusiya toylarından çıxardığı da deyilmişdi. Röya həmkarının klipini İnstaqramında yayımlayaraq, ona barışıq addımı atmışdı.

Versus.Az