Penitensiar xidmətin Baş idarəsində müşavirə keçirilib

13:54 03-03-2018 | icon 603 | Gündəm
Penitensiar xidmətin Baş idarəsində müşavirə keçirilib

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsində Mərkəzi Seçki Komissiyasının üzvlərinin, Xidmətin Baş idarəsinin və cəzaçəkmə müəssisələrinin məsul əməkdaşlarının iştirakı ilə 2018-ci il aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərinə həsr olunmuş müşavirə keçirilib.

Penitensiar xidmətdən Versus.az-a verilən məlumata görə, ədliyyə nazirinin müavini-Penitensiar xidmətin rəisi Ceyhun Həsənov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan düşünülmüş, məqsədyönlü siyasət sayəsində 2017-ci ildə də Azərbaycan uğurla inkişaf edib, bütün sahələrdə əldə edilmiş müsbət nəticələr, uğurlu daxili və xarici siyasət ölkəmizin potensialını daha da artırıb, Azərbaycan regionda ən qüdrətli dövlətə çevrilib, dünyada baş verən siyasi-iqtisadi böhranlara baxmayaraq Azərbaycan xalqı 2017-ci ildə sabitlik, əmin-amanlıq və təhlükəsizlik şəraitində yaşyıb, əhalinin maddi rifahı yüksəlib, mühüm əhəmiyyətli iqtisadi və sosial layihələr uğurla həyata keçirilib.

Qeyd olunub ki, ölkə başçısının sərəncamına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib:

“Azərbaycan Respublikası Prezidenti seçkiləri 11 aprel 2018-ci il tarixə təyin olunması bilavasitə Azərbaycanın milli maraqlarına və inkişafına xidmət edir. Seçkilərin daha erkən vaxta təyin edilməsi “Cümhuriyyət ili” və digər mühüm dövlət tədbirlərinin həyata keçirilməsi və yeni dövr üçün resursların daha mütəşəkkil şəkildə səfərbər edilməsi məqsədilə zəruridir. Biz hamımız əminik ki, Cümhuriyyətimizin ikinci yüz illiyinə yeni seçilən prezidentin liderliyi, yeni proqramlar və hədəflərlə daxil olacağıq”.

Penitensiar xidmətin rəisi qarşıda duran əsas vəzifənin penitensiar müəssisələrdə seçkilərin ən yüksək meyarlara uyğun həyata keçirməkdən ibarət olduğunu qeyd edib. Bu mühüm dövlət tədbiri ərəfəsində penitensiar müəssisələrdə əməliyyat şəraitinin sabit saxlanılması üçün kompleks təhlükəsizlik tədbirləri həyata keçirildiyi və planlı şəkildə profilaktika işi aparıldığı xüsusilə vurğulanıb.

Maraq kəsb edən kontingent üzərində nəzarətin gücləndirilməsi və məhkumlar arasında izahedici işin aparılması, məhkum və həbs edilmiş şəxslərin, eləcə də müddətli hərbi xidmət keçən əsgər və çavuşların səs vermə prosesinin yüksək səviyyədə təmin olunması məqsədilə imzalanmış Tədbirlər planı tabe qurumlara göndərilib və icrası nəzarətə götürülüb.

Müşavirədə prezident seçkilərinin penitensiar müəssisələrdə və tabe qurumlarda seçki qanunvericiliyinə uyğun təmin edilməsi, seçkilərə hazırlıq, əməli köməklik göstərilməsi və nəzarətin həyata keçirilməsi məqsədilə Penitensiar xidmətin Baş idarəsində rəhbər vəzifəli məsul əməkdaşlardan ibarət Komissiyanın yaradıldığı qeyd olunub.

Tədbirdə çıxış etmiş Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova və komissiyanın media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli müşavirə iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir