"Xocalı Soyqırımı xalqın əbədi yaddaşındadır: Xocalıya ədalət!"

14:47 21-02-2019 | icon 432 | Qarabağ
"Xocalı Soyqırımı xalqın əbədi yaddaşındadır: Xocalıya ədalət!"

 

Süfrəmizdə çörək kəsən insanlar sonra bizim qanımızı tökdülər.

 

Versus.Az report-a istinadən xəbər verir ki, bunu Xocalı soyqırımı zamanı yaxınlarını itirmiş Vərziyar Əliyeva Qafqaz Müsəlmanları İdarəsində keçirilən "Xocalı Soyqırımı xalqın əbədi yaddaşındadır: Xocalıya ədalət!" adlı tədbirdə deyib.

O, 1992-ci ilin fevralın 25-dən 26-na keçən qarlı gecədə ermənilərin Xocalıda törətdiyi vəhşiliklərdən sonra qarı sevmədiklərini qeyd edib: "Çünki bizim şəhidlərimizin qanı o ağ qarı qırmızı rəngə boyadı. Həyat yoldaşım Əbülfət Əliyev Xocalı hava limanının müdafiəsi zamanı son damla qanına qədər döyüşərək şəhid olub. Atam 57 yaşlı Hüseynov Mürşüd beşatılan tüfəngi ilə qəhərmancasına döyüşüb və şəhid olub. Mən hələ də beşatılan gülləni saxlayıram. O hadisədə bacım ailəlikcə, övladları ilə birgə itkin düşüblər. Hələ də onlar haqqında məlumat yoxdur. Onun ailəsindən bir oğlu yadigar qalıb. Hazırda polisdir. Övladı da var.

 

Bizim qadınlar da kişilərlə bərabər əllərindən gəldiyi qədər döyüşdülər. Biz hələ ölməmişik, yaşayırıq. Bizim qadınlarımız şəhidlərin övladlarını qeyrətlə böyütdülər". 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi