Problemli kreditlər yenə gündəmdədir

17:36 21-02-2019 | icon 454 | Sosial
Problemli kreditlər yenə gündəmdədir

“Problemli kreditlər məsələsi yenidən aktuallaşıb. İndi 2019-cu ildə də bu problem qalır və həlli vacibdir. Amma bu məsələdə ehtiyatlı olmaqda fayda var.”

 

Versus.Az bildirir ki, bu barədə iqtisadçı Rövşən Ağayev facebook səhifəsində bildirib.
İqtisadçı hesab edir ki, problemin həlli üçün dörd məsələ göz önündə tutulmalıdır:

 

“Borcların qaytarılmasına dövlət dəstək verməlidir, çünki devalvasiya nəticəsində xarici valyutada olan borclara görə izafi öhdəlik yaranıb; Hökumətin dəstəyi ilk növbədə ev təsərrüfatlarının, mikro və kiçik sahibkarların borclarına münasibətdə tətbiq edilməlidir; İri sahibkarlara, xüsusilə holdinqlərə bağlı şirkətlərə münasibətdə bu dəstəkdən mümkün qədər qaçmaq lazımdır. Əks halda məsuliyyətsiz idarəetmə nəticəsində havaya sovrulmuş kreditlərə görə kimlərsə göydəndüşmə büdcə güzəşti qazanmış olacaq; İndiyə qədər problemli borclarını ən müxətlif yollarla ödəyə bilmiş ev təsərrüfatlarına da geriödəmə formasında kompensasiya olmalıdır. Əks halda, məsələn, əmlakını sataraq, yaxud yaxınlarından borclanaraq bu problemi həll etmiş insanlara qarşı ədalətsizlik olardı”.


R.Ağayev hesab edir ki, problemli kredit məsələsini hökumət 2015-2016-cı illər ərzində mütləq həll etməli idi:

 

“Çünki nə ev təsərrüfatlarının, nə də biznesin günahı olmadan məhz devalvasiya qərarını hökumət vermişdi. Və məhz bu qərar nəticəsində xarici valyutada borcu olan subyektlərin maliyyə institutları qarşısınıda borcları milli valuta ifadəsində kəskin şəkildə artmışdır”.

 

İqtisadçının dediyinə görə, sonrakı mərhələdə bəzi banklar borcları restruktrizasiya etməklə (məsələn, güzəşt mexanizmləri əsasında ortaq razılaşdırılmış məzənnə ilə, borcun vaxtını uzatmaqla) həmin borcları xeyli azaltdı. Amma vətəndaşdan borcunu məhkəmə qaydasında, girovunu satışa yönəltməklə alanlar da olub.

 


İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov bildirir ki, Mərkəzi Bankın statistikasına əsasən, problemli kreditlərin həcmi 1 milyard 620 milyon manatdır və bu, kredit portfelinin təxminən 14 faizini təşkil edir:

 

“Təəssüf ki, problemli kreditlərin həcminin çox olması ilə yanaşı, eyni zamanda kredit portfelindəki payının çoxalması da müşahidə olunur. Nəzərə alaq ki, beynəlxalq praktikada adətən problemli kreditlərin kredit portfelindəki payı təqribən 5 faizə yaxın olur. Hətta inkişaf etmiş ölkələrdə bu, 3 faizə yaxındır. Azərbaycanda isə bu göstərici ikirəqəmlidir. Bu baxımdan 2015-ci ildən problemli kreditlərin həcmində müşahidə edilən artımlar, eləcə də kredit portfelinin kiçilməsi nəticə etibarı ilə problemli kreditlərin kredit portfelində payının artmasına gətirib çıxarıb. Mərkəzi Bankın rəsmi statistikasına istinad etsək, hazırda banklardan kredit götürən vətəndaşlarımızın sayı 2,5 milyon nəfərdir. Bu, o deməkdir ki, orta hesabla hər ailədə kredit götürmüş vətəndaş var”.

 

V.Bayramov problemin həlli üçün ütərəfli mexanizmi təklif eidr:

“Biz 2015-ci ilin martında, ilk devalvasiyadan sonra hökumətə üçtərəfli mexanizm hazırlayıb təklif etdik. Üçtərəfli mexanizmin mahiyyəti ondan ibarətdir ki, fərq üç tərəf arasında - müştəri, bank və dövlət arasında bölüşdürülsün. Əgər kredit 0,78 manat məzənnəsi ilə götürülübsə, o zaman 10 min dollar 7800 manat idisə, indi 10 min dollarlıq kreditin əsas hissəsi 17 min manatdır. Yəni, təxminən 9 min manatlıq fərq tərəflər arasında 3 min olmaqla bölünür - vətəndaş 9 min fərqi deyil, 3 min manat ödəyir, 6 min manatı isə digər tərəflər ödəyir. Bunun üstünlüyü ondan ibarətdir ki, hər bir tərəf fərqin üçdə birini üzərinə götürür.”

 


Ekspert hesab edir ki, problemli kreditlərlə bağlı kreditorların hüquqlarının qorunması sahəsində addımların atılması da çox vacibdir:


“Əslində güzəşt mexanizmi də kreditorların hüquqlarının qorunması baxımından çox əhəmiyyətlidir. Nəzərə alsaq ki, güzəşt mexanizmi nəticə etibarı ilə imkan verəcək ki, problemli krediti olub, onu geri qaytara bilməyən vətəndaşlarımız güzəştdən istifadə etsin. Eyni zamanda, biz kreditorların hüququ deyəndə yalnız güzəştin tətbiq edilməsini nəzərdə tutmuruq. Burada həm də birbaşa kredit götürən vətəndaşların hüquqlarını müdafiə edən qanunvericiliyin təkmilləşdirilməsindən söhbət gedir. Nəzərə alsaq ki, qonşu Rusiyada kreditorların hüquqlarının qorunması üçün fiziki şəxlərin müflis olmaq hüququ var, biz də bunu hökumətə təklif edirik. Yəni, təsəvvür edin ki, bank müflis olur, götürdüyü depoziti geri qaytara bilmir”.


Son günlər problemli kreditlərin həlli məsələsi siyasi kontekstdə də aktuallaşıb. Milli Şuranın fevralın 23-nə təyin etdiyi mitinqin əsas tələblərindən biri də problemli kreditlərin dövlət tərəfindən ödənilməsidir.

 

Versus.Az

 

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi