Qiymət artımının səbəbləri

17:55 22-02-2019 | icon 334 | İqtisadiyyat
Qiymət artımının səbəbləri

 

“İstənilən ölkədə vergi və gömrük rüsumları artırılırsa, bunun son ödəyicisi vətəndaş olur”


Versus.Az müsavat-a istinadla xəbər verir ki, son günlərdə ölkə başçısının verdiyi qərarlar, minimal əmək haqqının, təqaüdlərin artırılması ilə paralel olaraq qiymətlərin artması da müşahidə olunur. Qiymət artımı əsasən, yeyinti məhsulları, tütün məmulatları, məişət əşyaları və s. əhalinin təlabatının çox olduğu sahələrdə qeydə alınıb. Bu isə əhali arasında narahatlığa səbəb olub.
Əmək haqlarının artırılması və birdən qiymət artımı ötən illərdə də yaşanan devolvasiya işarədirmi?

Ekspertlər bildiriblər ki, qiymət artımının birbaşa devalvasiyayla əlaqəsi yoxdur:
“Tütün məmulatlarının və spirtli içkilərin qiymətinin artırılması əvvəlcədən məlum idi. Çünki keçən ilin sonunda aksis vergiləri qaldırılıb və fevral ayının 15-də qüvvəyə minib. Ərzaq məhsullarının qiymətinin bahalaşması isə iki önəmli faktorla izah edilir. Birincisi, ənənəvi faktor – yəni bayram qabağı ərzaq məhsullarına təlabatın artması, həm də qış mövsümüylə əlaqədar yerli kənd təsərüfatı məhsullarının bazardan çəkilməsini görürük. Bu da qiymət artımının Novruz bayramına qədər davam etməsini bildirir. İkincisi, gömrükdə rəsmiləşmənin artmasıdır. Gömrük Komitəsinin özünün də verdiyi məlumata əsasən, plandan bir milyard manat artıq vəsait əldə edilib. Toplanan vəsait qiymətlərin üzərinə gəlir. Əvvəllər qeyri-qanuni yollarla keçirilən məhsullar indi rəsmiləşdirilir və ödənişlər artırsa, həmin iş adamları ödənişləri məhsulların üzərinə gəlirlər. İstənilən ölkədə vergi və gömrük rüsumları artırılırsa, bunun son ödəyicisi vətəndaş olur”.


İqtisadçı devalvasiyanın gözlənilməsi ilə bağlı isə bildirib ki, yeganə məzənnəyə təsir edən amil neft qiymətləridir: “Hələlik neftin qiymətinin 60 dollardan yuxarı olduğu və Azərbaycan büdcəsində də neftin qiymətinin 60 dollardan götürüldüyünü qeyd etsək, devalvasiya üçün əsaslı bir səbəb olmur. Əgər il ərzində neftin qiyməti kəskin azalması müşahidə olunsa, o zaman devalvasiya məsələsi yenidən gündəmə gələ bilər”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu, xərçəng riskini artırır

Pərişan Əsədzadənin xəbəri olmadan namizədliyi geri götürülüb

İran Britaniyaya nota verib

Tarix Muzeyi "Könüllülər İli"ndə ilk xeyriyyə tədbirinə start verdi

“İrəvan xanlığı” kitabı alman dilində nəşr olunub

İspaniya Superkubokunun qalibi məlum oldu - FOTO

Atəşkəs rejimi 24 dəfə pozulub

Tamilla Qulaminin namizədliyi təsdiqləndi

Qeyri-adi təbiət hadisəsi - VİDEO

“Real” titul sayında “Barselona”ya çatıb

“Milan”ın sahibi dəyişir

DADP-ın daha bir fəalının namizədliyi təsdiqlənib

Ərdoğan Almaniyaya səfər edəcək

İran Trampı məhkəməyə verəcək

Piyadalarla danışacaq avtomobil hazırlanır - VİDEO