Hamı 10 yaşlı Zəhradan danışır

12:29 23-02-2019 | icon 505 | Cəmiyyət
Hamı 10 yaşlı Zəhradan danışır

İranda keçirilmiş karate üzrə beynəlxalq yarışda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz etməyim Vətənə və bayrağımıza olan sevgimdən irəli gəlib.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi, İranda keçirilmiş karate üzrə beynəlxalq yarışda bayrağımızın Ermənistanın bayrağı altından asılmasına etiraz edən Zəhra Salmanlı deyib.

Onun sözlərinə görə, Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasını görən kimi bu barədə ilk olaraq, onunla birgə həmin ölkəyə səfər edən nənəsinə məlumat verib. Daha sonra isə komanda üzvləri ilə birlikdə yarış təşkilatçılarına müraciət ediblər:

 

“Bayrağın belə asıldığını ilk olaraq, mən gördüm. Daha sonra komanda yoldaşlarım Ulvira və Elnaz da mənə dəstək oldular. Birlikdə təşkilatçılara yaxınlaşaraq bildirdik ki, əgər bayrağın yeri dəyişdirilməsə, biz yarışda iştirakdan imtina edəcəyik. Təşkilatçılar bizim bu sözlərimizə hörmətlə yanaşdılar və bunun səhvən bu şəkildə asıldığını, səhvin aradan qaldırılacağını söylədilər”.

 

Z.Salmanlının atası Mirhəbib Salmanlı qeyd edib ki, övladının bu hərəkəti fərəhləndiricidir və onun üçün qeyri-adi hal deyil:

 

“Mən hesab edirəm ki, Vətəni sevən hər bir azərbaycanlı belə vəzyyətlə qarşılaşsaydı, bu cür hərəkət edərdi. Ona görə də Zəhranın bu etirazını normal qarşılayram. 10 yaşlı Zəhranın bayrağımıza qarşı belə diqqət göstərməsi onu göstərir ki, bizim övladlarımız, Azərbaycan uşaqları Vətənə sevgi ilə böyüyürlər. Biz bununla fəxr edirik”.

 

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Z.Salmanlı İranda keçirilmiş karate üzrə beynəlxalq yarışda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib. Azərbaycan bayrağının yeri dəyişdirilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib. Nəticədə bayraq fərqli və daha uyğun yerdə asılıb.

 

Erməni rəqibini isə mütləq üstünlüklə məğlub edən Z.Salmanlı turnirdə bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI