Nazirdən təhsil sahəsində islahatlarla bağlı ANONS

13:22 21-11-2023 | icon 448 | Təhsil
Nazirdən təhsil sahəsində islahatlarla bağlı ANONS

“Deputatlar burada müxtəlif rayonlarda və bölgələrdə məktəb tikintisi, qəzalı məktəblərin bərpası ilə bağlı məsələni də qaldırıb”.

 

Versus.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov bildirib. 

 

O qeyd edib ki, hazırda təhsil sahəsində genişmiqyaslı islahatların həyata keçirilməsi nəzərdə tutulub:

 

“Bununla bağlı da Emin Əmrullayev geniş məlumat verəcək”.

  

Samir Şərifovun sözlərinə görə, elmin maliyyələşdirilməsində yeni modelin tətbiq edilməsi təklif edilib. Bununla bağlı əməkhaqqı üzrə fərqləndirmələrin tətbiq edilməsi kimi məsələlər qaldırılıb.

 

"Azərbaycan Prezidentinin müvafiq fərmanına uyğun olaraq bu sahədə də genişmiqyaslı islahatlar həyata keçiriləcək. Bu barədə də müvafiq qurumlar adiyyəti məlumatları deputatların və ictimaiyyətin diqqətinə çatdıracaq", - deyə nazir vurğulayıb.

 

O bildirib ki, hökumət tərəfindən Vergi Məcəlləsinə müvafiq düzəlişlərin edilməsi təklif edilir:

 

“Bundan başqa vergi və azadolmaların tətbiq edilməsi müvafiq olaraq büdcə gəlirlərinin azalmasına gətirib çıxarır. Bu baxımdan azalan gəlirlərin hansı mənbə hesabına bərpa edilməsinə də biz baxıb cavab tapmalıyıq. Sözsüz ki, vergi azaldılmaları və azadolmaları ölkə iqtisadiyyatına uzunmüddətli potensial və faydalar gətirir, bu da dəyərləndirilməlidir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq