"Özünə rəva bilmədiyini bizdən gözləmək həyasızlıqdır"

18:06 23-11-2023 | icon 442 | Siyasət
"Özünə rəva bilmədiyini bizdən gözləmək həyasızlıqdır"

Fuad Əliyev: "Qeyri-hökumət təşkilatları Fransaya etirazını bildirməlidir"

 

“Avropa özünə etimadı itirir. Qərb dəyərlərinə dəyərsizlik qatır. Bu işdə Avropa Birliyi və Fransa başda gedir".

 

Versus.Az xəbər verir ki, bunu prezidentliyə eks-namizəd, politoloq Fuad Əliyev Fransanın son davranışlarına etiraz edilməsinin tərəfdar olduğunu bildirərkən edib.

 

Fuad Əliyev qeyd edib ki, vətəndaş cəmiyyəti bu məsələdə fəal olmalıdır:

 

"Qeyri-hökumət təşkilatları ayağa qalxmalıdır və Fransaya etirazını bildirməlidir. Onlar Azərbaycanda ermənilərin yüksək status almasını tələb edir. Əvvəlcə Korsika üçün bunu özləri etsinlər. Fransa öz ərazisində azsaylı bir topluma muxtar status verməz. Özünə rəva bilmədiyini bizdən gözləmək həyasızlıqdır. Əgər yaxşıdırsa, Fransa Qarabağ ermənilərinə öz şəhərlərindən birində bu hüququ versin, "artsax" separatçılarına da Marseldə yerləşməyə şərait yaratsın. Onsuz da Hadrutun keçmiş oyuncaq meri bugünlərdə müsahibə verib ki, “artsax” Fransada yaşaya bilər. Biz də bu ideyanı dəstəkləyirik. Hara gedirlər getsinlər, Qarabağa gəlməsinlər".

 

Fuad Əliyev Azərbaycan cəmiyyətinin də aktiv olmasını və Fransa hakimiyyətinə sərt etiraz səsini çatdırmasını zəruri sayır. O, Qərb təşkilatlarının da Fransadan geri qalmadığını düşünür:

 

“Avropa özünə etimadı itirir. Qərb dəyərlərinə dəyərsizlik qatır. Bu işdə Avropa Birliyi və Fransa başda gedir. Avropa Parlamenti, Avropa Şurası, ABŞ Konqresi, Kanada, USAİD, Blinkenin kabineti bir klub və kampaniya şəklində iştirak edirlər. Sanki eyni mərkəzdən gələn təlimata uyğun olaraq anti-Azərbaycan kursu götürülüb. Faktiki olaraq, Azərbaycan Qərbin hücumlarına məruz qalıb. Fransa, Kanada kimi ölkələr sanksiyaları belə istisna etmirlər. Amma biz düz yoldayıq, heç bir konvensiyanı pozmamışıq. Ona görə də beynəlxalq təzyiqlər siyasi xarakterlidir və hiyləgər qüvvələrin Cənubi Qafqaz planlarının tərkib hissəsidir. Bu mənada vətəndaş cəmiyyətini bir olmağa və qərəzli çağırışlara, qətnamələrə etiraz bildirməyə dəvət edirəm”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Azərbaycanda yeni peyvənd VURULACAQ

İyunda ardıcıl beş gün iş OLMAYACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

COP29-un rəsmi saytı İSTİFADƏDƏ

Bakı-Sumqayıt qatarını DAŞLADILAR

Magistraturaya qəbul imtahanı verənlərin NƏZƏRİNƏ

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR