Vyanada Xocalıya Ədalət adlı sərgi keçrilib

11:27 24-02-2019 | icon 467 | Qarabağ
Vyanada Xocalıya Ədalət adlı sərgi keçrilib

Avstriya Azərbaycanlıları Cəmiyyəti və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Avstriya Respublikasının paytaxtı Vyanada Xocalı soyqırımının ildönümünə həsr olunan anım tədbiri keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbiri açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Azərbaycan xalqının tarixində ən faciəvi səhifələrdən biri olan Xocalı hadisələri barədə məlumat verib. Qeyd edilib ki, 27 il bundan öncə törədilmiş soyqırıma hələ də beynəlxalq hüquqi qiymət verilməyib. L.Qasımova tədbirin ərsəyə gəlməsində göstərdiyi əməkdaşlığa görə Avstriya Azərbaycanlıları Cəmiyyətinə təşəkkür edib.

 

Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov çıxışında bildirib ki, törədilən bu cinayət bəşəriyyət tarixinin gördüyü ən utanc verici bir ləkədir:

"Tarix heç bir hadisəni unutmur və mən inanıram ki, Azərbaycana qarşı törədilən bu cinayətə görə Ermənistan hakimiyyəti öz hüquqi cəzalarını alacaq".

 

Tədbir yazıçı, publisist və müstəqil jurnalist Səriyyə Cəfərovanın müəllifi olduğu “Onlar heç zaman böyüməyəcəklər” sənədli filmi ilə başlayıb.

 

Tamaşaçılar soyuq qış günündə Xocalı sakinlərinin o gecə gördüklərindən bəhs edən filmə baxdıqca erməni vandaliziminin bir daha şahidi oldular. Tədbirdə bəşəriyyət tarixində belə hadisələrin bir daha təkrarlanmaması üçün Xocalı həqiqətlərinin dünyaya çatdırılmasının vacibliyindən bəhs edilməsindən söz açılıb.

Tədbirdə yerli və xarici qonaqlar, o cümlədən media nümayəndələri də iştirak edib.

Tədbir zamanı Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovun Xocalı soyqırımına həsr olunmuş 25 əsəri sərgilənib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı