Bütün diqqət seçkilərədir

09:44 11-12-2023 | icon 385 | Siyasət
Bütün diqqət seçkilərədir

Fuad Əliyev: "Sülh müqaviləsi bu ildən keçdi"

 
sharethis sharing button

“Bu il sülh müqaviləsinin imzalanmasını gözləmirəm”.

 

Versus.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində prezidentliyə eks-namizəd, siyasi şərhçi Fuad Əliyev sülh müqaviləsinin ilin sonuna qədər bağlanıb bağlanmayacağı ilə bağlı sualı cavablandırarkən söyləyib.

 

Onun sözlərinə görə, hər iki tərəfin rəsmiləri mətbuata verdikləri bəyanatlarda sülh müqaviləsinin hazır olmadığını bildirirlər:

 

“Ermənistan parlamentinin spikeri Alen Simonyanın yaxın 15 gün ərzində sülh müqaviləsinin imzalanmasının mümkün olduğunu deyib. Rəsmi Bakının sülh müqaviləsi ilə bağlı təkliflərində hələ də razılaşdırılmamış bir sıra məsələlər açıq qalıb. Ermənistan delimitasiya ilə bağlı olan işçi qrupunun görüşünü təklif edib. Əvvəlki görüşlərdə bəzi məsələlər razılaşdırılıb. Buna baxmayaraq, bu məsələdə konkret bir irəliləyiş yoxdur”.

 

Fuad Əliyev bildirdi ki, Azərbaycanda artıq növbədənkənar prezident seçkilərinə start verilib. Onun sözlərinə görə, bütün diqqət seçkilərdə olduğu üçün bu il sülh müqaviləsinin imzalanması inandırıcı deyil.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ