Bu haray bütün dünyanı silkələməli

10:25 26-02-2019 | icon 852 | Kürsü
Bu haray bütün dünyanı silkələməli

Vicdansız məmuru da, sadə xalqı da...

 

 

MEHRİBAN SADIQOVA

/AXCP sədr müavini/

 

XX əsrin Xirosima, Naqasaki faciələrini öz ağırlığı ilə geridə qoyan Xocalı qətliamı... İnsanlığa sığmayan amansızlıqla öldürülmüş uşaq və qocalar, tapdanmış qız, gəlin namusu...

 

Cisminin gördüyü zillətdən, çəkdiyi əzab və məşəqqətlərdən qanı donan, hələ də qız-gəlini əsirlikdə olan Xocalı harayı bütün dünyanı silkələməlidir!!!

 

Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-ı qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

Əsirlikdə olan tapdanmış namusumuzun - qəlb dağlayan qız-gəlinlərimizin harayları, hayqırtıları hələ də cavabsız qalır. Bu gün o gəlinlərin təcavüz nəticəsində dünyaya gətirmiş uşaqları bir millətin faciəsi, genefonunun məhvi kimi böyüyür. Bir xalqın - əsrlərlə erməni vandallarının tarixdən bir millət kimi silmək üçün mübarizə apardığı türk xalqının üz qarası kimi böyüyür. Bu qətliamı törədənlər, erməni vandalları və onların havadarları isə hələ də cəzalandırılmayıb.

 

Xocalı qan yaddaşımızdır. Bu günün dünya miqyasında tanınması üçün hamımız mübarizə aparmalıyıq. Hamımız bir nəfərə kimi. Vicdansız məmuru da, sadə xalqı da...

 

Xocalı qətliamını müəyyən klanların mənafeyinə görə Azərbaycan Parlamenti bu gün də qanun kimi qəbul etməkdən çəkinir. Baxmayaraq ki, ölkə başçısı İ.Əliyevinı sərəncamı ilə 1998-cı ildən başlayaraq, Xocalı faciəsi soyqırım kimi anılır, Milli Məclis hələ də qanun qəbul etməyi gözləyir. Bəlkə də elə buna görədir ki, qardaş Türkiyə bu faciəni soyqırım kimi hələ də tanımayıb...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin