Bu siyasilər seçkilərdə dəstəksiz qalacaqlar

11:54 12-12-2023 | icon 452 | Siyasət
Bu siyasilər seçkilərdə dəstəksiz qalacaqlar

Fuad Əliyev: "Prezident seçkilərində favorit İlham Əliyev olacaq"

 

"Mənim üçün növbədənkənar prezident seçkilərinin keçirilməsi gözlənilməz deyildi. Çünki 2018-ci ildən gedən kadr islahatları davamlı olaraq növbədənkənar prezident seçkilərinə gətirib çıxarmalı idi".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Fuad Əliyev bildirib.

 

Fuad Əliyev qeyd edib ki, artıq bir çox sahələrdə müsbət dəyişiklik var:

 

"Azərbaycanın əraziləri bütövləşib, torpaqlarımız işğaldan azad olunub. Bu, ilk seçki olacaq ki, bütöv Azərbaycanda keçiriləcək. Vətən müharibəsindən qazanılan tarixi Zəfərdən sonra xalq arasında Müzəffər Ali Baş Komandanın nüfuzu, reytinqi artıb. İnanmıram ki, növbədənkənar seçkilərdə Ona kimsə qalib gələ bilsin".

 

Politloq bildirib ki, hər bir siyasi təşkilat seçkidə iştirak etməli, həm öz platformasını, həm də öz baxışlarını vətəndaşlara təqdim etməlidir:

 

"Azərbaycandakı radikal müxalifətə üzümü tutub deyirəm ki, demaqogiya ilə məşğulsunuz. Bu qüvvələr seçki olsun deyə çıxışlar edirdilər. Seçki təyin olunandan sonra keçirlər başqa üsula ki, bu gözlənilmədən oldu, bizimlə məsləhətləşmək lazım idi. Siyasi təşkilat hər gün istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərinə hazır olmalıdır. Bu, onun işidir. Bəyanatlar vermək ki, biz hazır deyilik, biz başqa cür gözləyirdik, doğru deyil. Bu, ancaq demaqogiyadır. Sözsüz ki, müxalifətdə normal fəaliyyət göstərən siyasi partiyalar var və onlar seçkilərdə iştirak edəcəklər. Onların iştirakını dəstəkləyirəm, baxmayaraq ki, seçkilərdə favorit Prezident İlham Əliyevdir. Amma onlar seçkidə iştirak edib öz fikirlərini, platformalarını, vətəndaşlara, seçicilərə çatdırmalıdırlar".

 

F.Əliyevin fikrincə, qarayaxma ilə məşul olan radikalların artıq uzun illərdir ki, seçicilərinin yanında heç bir nüfuzu və dəstəyi yoxdur:

 

"Onlar illər boyu beləcə uduza-uduza gediblər. Ona görə də bugünkü şəraitdə ancaq demaqogiya ilə məşğul olaraq seçkiləri gözdən salmaq kampaniyası aparacaqlar. Bunun da xeyri olmayacaq. Onların düşüncələri, təfəkkürləri qalıb 80-90-cı illərdə. Ona görə də bugünkü reallıqla ayaqlaşa bilmirlər".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ