“Laçın və Şuşanın nəqliyyat planları hazırdır”

12:20 18-12-2023 | icon 249 | Sosial
“Laçın və Şuşanın nəqliyyat planları hazırdır”

“Regionların inkişafı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin diqqətindədir”. 

 

Versus.Az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən Azərbaycanda Mobilliyin Transformasiyası Proqramının təqdimatında çıxışı zamanı deyib. 

 

R.Hümmətovun sözlərinə görə, digər regionların da nəqliyyat planları hazırlanıb: 

 

“Bütün şəhərlər üzrə nəqliyyat planları hazırlanır. Artıq Laçının nəqliyyat planı hazırdır. Həmçinin Laçın-Zabux marşrutunun planı da hazırdır. Bu baxımdan eyni addım Şuşa üçün də atılıb”. 

 

Nazir müavini son günlər gömrük-keçid məntəqələrində TIR-ların sıxlığına da münasibət bildirib: 

 

“Son illər ölkəmizə məxsus yükdaşıyan nəqliyyat vasitələrinin sayı kəskin artıb. Əgər əvvəl cəmi 2000 yükdaşıyan nəqliyyat vasitəsi var idisə, bu gün bu rəqəm 12 600-a çatıb. Gömrük-keçid məntəqələrinin genişləndirilməsi gündəmdədir və bu istiqamətdə də addımlar atılır. Amma bu, sinxron şəkildə olmalıdır. Belə ki, Azərbaycanla Gürcüstan sərhədində yük maşınlarının nizamlanmasına baxanda bu ölkənin Türkiyə və digər ölkələrlə sərhədindəki mənzərəni də nəzərə almaq lazımdır”. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ