Bəstəkar "Qurd Qapısı" qəbiristanlığında dəfn olunub

15:36 03-03-2018 | icon 697 | Gündəm
Bəstəkar "Qurd Qapısı" qəbiristanlığında dəfn olunub

Əməkdar İncəsənət xadimi, bəstəkar Tahir Əkbər dəfn olunub.

Versus.az xəbər verirki, Təzə Pir məscidində vida mərasimi keçiriləndən sonra bəstəkarın cənazəsi "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, T.Əkbər uzun sürən xəstəlikdən sonra ötən gün, saat 21:30 radələrində öz evində vəfat edib. 

Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Tahir Əkbər 1946-cı ildə anadan olub. 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib. 1970-ci ildə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, sonra isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvü olub.

Tahir Əkbər müxtəlif janrlarda - xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. Bəstəkarın bəstələdiyi onlarca mahnı, o cümlədən “Dərdin alım“, “Heç küsməyin yeridirmi?“, “Azərbaycan“, “Əzizim“, “Heyfim gəldi“, “Qalardım“, “Bir qız bir oğlanındır“, “Xəzəllərin rəqsi“ və başqa mahnılar görkəmli ifaçılarımız Şövkət Ələkbərova, Mirzə Babayev, Zeynəb Xanlarova və digər müğənnilər tərəfindən uğurla ifa olunub. Onun mahnıları həmçinin Türkiyə müğənnilərinin də ifalarında səslənib. 2006-cı ildə filarmoniyada Tahir Əkbərin 60 illik yubileyi təntənəli surətdə keçirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol