“Həmsədrlərdən izahat tələb etmək lazımdır"

21:52 27-02-2019 | icon 415 | Qarabağ
“Həmsədrlərdən izahat tələb etmək lazımdır"

 “Ermənistanın müdafiə nazirinin dedikləri işğalçı ölkənin iç üzünü ifşa edən bəyanatdır. Fakt budur ki, Ermənistan işğalçı dövlətdir və biz illərdir bunu bəyan edirik. Tonoyanın sözləri isə onu sübut edir ki, işğal Ermənistanın siyasətinin əsasını təşkil edir. Bu bəyanat da Ermənistanı ifşa edir. Yəni ermənilər işğalçı olduqlarını gizlətmirlər”.

 

Versus.Az musavat-a istinadla xəbər verir ki, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanı təhdid edən son bəyanatını şərh edərkən bildirib.

 

Sabiq nazir qeyd etdi ki, D.Tonoyanın Azərbaycanı təhdidi ötən il Düşənbədə əldə olunmuş anlaşmaya ziddir: “Belə çıxır ki, Düşənbə razılaşmasının üstündən xətt çəkilir. Çünki Düşənbədə hansısa öhdəliklər götürülüb. Tonoyanın bəyanatı Nikol Paşinyanın Düşənbədə götürdüyü həmin öhdəliklərdən imtinası deməkdir”.

 

T.Zülfüqarov yenicə bölgədə səfərdə olmuş ATƏT-in Minsk Qrupunun həmsədrlərindən də izahat istənilməli olduğunu vurğuladı: “Həmsədrlərdən izahat tələb etmək lazımdır. Deyilməlidir ki, siz deyirsiniz xalqları sülhə hazırlamaq lazımdır, məgər Tonoyanın bəyanatı sülhə hazırlıq məqsədi daşıyır?”

 

T.Zülfüqarov erməni nazirin silahlanma ilə bağlı dediklərinə reaksiyasında bunları bildirdi: “Tonoyan deyib ki, biz yeni silahlar almaq üçün Rusiyadan kredit götürəcəyik. Bu məsələ Bakı ilə Moskva arasında müzakirə olunmalı, Rusiyanın əsas məqsədləri aydınlaşdırılmalıdır. Birincisi, deyilməlidir ki, Ermənistan torpaqları azad etmək istəyində deyil. Deməli, ən azı Rusiya və Ermənistanın mövqeyi üst-üstə düşmür. Elə isə nəyə görə Rusiya rəsmi olaraq İrəvanın mövqeyini qəbul etmədiyi halda, Ermənistanı silahlandırır? Ən azı buna aydınlıq gətirilməlidir. Deyilməlidir ki, balans saxlamaqla məsələ bağlana bilməz”.

Qeyd edək ki, artıq Azərbaycanın Müdafiə və Xarici İşlər nazirlikləri erməni nazirin bəyanatına reaksiya veriblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin