"Yol xəritəsi" müzakirə edilib

11:47 28-02-2019 | icon 484 | Sosial
"Yol xəritəsi" müzakirə edilib

Hyatt Regenc Bakı mehmanxanasında Açıq Hökümət platformasının əməkdaşlığı ilə təşkil olunmuş "Yeni Açıq Hökümət" Milli Fəaliyyət Planının hazırlanması üzrə "Yol xəritəsi"nin müzakirəsi keçirilib.

 

Versus.Az-ın məlumatına görə, tədbirin təşkilatçısı "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi olub.


Tədbiri Açıq Hökümət Platformasının Koordinatoru Əliməmməd Nuriyev açaraq, "Açıq Hökümət" Milli fəaliyyət planının hazırlanması üçün "Yol xəritəsi" nin vacibliyindən söhbət açdı və " Yol xəritəsi"ni Açıq Hökümət Tərəfdaşlığı platformasının Rəhbər komitəsinin 5 dekabr 2018- ci il tarixdə qəbul etdiyi Azərbaycan Açıq Hökümət Tərəfdaşlığında iştirakına dair Qətnamə tələbləri əsasında AHT İştirakçılıq və Birgəyaratma standartlarının tələblərinin əsasında hazırlandığını söyləyib.


Sonra çıxış edən Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə komissiyanın katibi Kamal Cəfərov çıxış edərək, bu "Yol xəritəsi" nin hökümət və vətəndaş cəmiyyətinin birgə layihəsinin bütün sahələrdə, o cümlədən korrupsiya və rüşvətxorluğun qarşısının tamamilə alınmasına səbəb olacağını vurğuladı. "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyinin sədri C.Əmanov əhəmiyyətli layihələrin hazırlanmasında Vətəndaş cəmiyyətinin, o cümlədən qeyri hökümət təşkilatlarının iştirakının vacibliyindən bəhs edib.

 

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Samir Əliyev "Yol xəritəsini" təqdim edib və Milli Fəaliyyət Planının hazırlanma prinsipləri və bu planda nəzərdə tutulan öhdəliklərin əsas istiqamətləri haqqında məlumat verib.

"Yol xəritəsi" müzakirədən sonra əlavə olunan dəyişiklik və qeydlərlə qəbul olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı