Soyqırım qurbanları Aksarayda da anılıb

12:24 28-02-2019 | icon 597 | Qarabağ
Soyqırım qurbanları Aksarayda da anılıb

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin 4 fəal üzvü-Şamil Sabiroğlu, Ayna Allahyarqızı, Məmməd Nağıyev və Hüseynağa Quliyev Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmək üçün Türkiyədə səfərdədilər.

 

Versus.Az-ın məlumatına görə, fevralın 26-da Birliyin sədri, "Tərəqqi" medalının mükafatçısı, Qarabağ qazisi Şamil Sabiroğlu Türkiyənin Karabük Universitetində, Birliyin Qadınlar Şurasının rəhbəri, Birliyin Binəqədi rayon şöbəsinin sədri Novruzlu Ayna Allahyarqızı və Birliyin üzvü, soyqırım zamanı erməni terrorçuları tərəfindən əsir götürülmüş, əsirlik həyatında başı olmazın müsibətlər çəkmiş I dərəcəli müharibə əlili Hüseynağa Quliyev Türkiyənin Aksaray Universitetində, Xocalı sakini, Respublikanın Əməkdar həkimi, "Azərbaycan bayrağı" ordenli Məmməd Nağıyev Ankaradakı Qazi Universitetində, eyni zamanda, Keçiören Bələdiyyəsinin təşkil etdiyi Xocalı şəhidlərini anma mərasimində iştirak ediblər.


Aksaray Universitetində təşkil olunan tədbirdə Universitet Rektorunun köməkçisi Prof.Dr.Hacı Murat, "Birlik" Azərbaycan Dərnəyinin üzvləri-Ədalət Nəsibov, Ceyhun İsmayılzadə, Bayram Zamanov çıxış edərək bu tipli tədbirlərdə gəncləri daha çox aktiv olmağa səsləyiblər.

Xanım Ayna Allahyarqızı və Hüseynağa Quliyev şəhidləri andıqları üçün "Aksaray"Universitetinin bütün işgüzar kollektivinə öz minnətdarlıqlarını bildiriblər.


Tədbirin sonunda Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş olunub.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı