"Yol xəritəsi bütün aspektlər nəzərə alınmaqla cəmiyyətə çatdırıldı"

10:31 16-02-2024 | icon 617 | Siyasət
"Yol xəritəsi bütün aspektlər nəzərə alınmaqla cəmiyyətə çatdırıldı"

Arzu Nağıyev: “Əsas istiqamət dövlət suverenliyi, təhlükəsizliyin təmin olunması, hər bir azərbaycanlının rifahının təmin olunmasıdır”

 

Azərbaycan Prezidentinin Milli Məclisdə inaqurasiya zamanı etdiyi çıxışı mühüm tarixi məqamları ilə diqqət çəkməklə yanaşı, ölkə ictimaiyyəti tərəfindən diqqətlə izlənməkdədir. Prezidentin ölkə başçısı seçildiyi hər bir dövr üçün mərhələli şəkildə dövlətin güclənməsi, əhalinin sosial, mədəni rifahının, təhlükəsizliyinin təmin olunması istiqamətində verilən öhtəliklərin öz yerini zamanla tutması, bu gün deyilən sözlərin, verilən mesajların əhəmiyyət yükünü bir qədər də gücləndirib. Prezident Yeni dövr və qarşıda duran vəzifələrdən danışarkən, həlli vacib olan hər bir məsələyə xüsusi vurğu ilə yanaşıb. Dövlətin güclənməsi, əhalinin rifahının yaxşılaşdırılması, təhlükəsizliyin təminatı və digər məsələlərin birlikdə paket həlli və bu istiqamətdə güclü ordu quruculuğunun davam etdirilməsi, hərbi sənayenin inkişafı xüsusilə önə çəkilib. Prezident hərbi sənayenin inkişafının 2-ci mərhələsinə başlanması və bu sahədə asılılığın aradan qaldırılmasını önə çəkib. 2-ci Qarabağ müharibəsindən sonra bu istiqamətdə atılmağa başlanmış addımların uğurla tamamlanması istiqamətində görülən işlərə diqqət ayırsaq, bu proses mühüm mərhələ kimi dəyərləndirilir. O cümlədən, yeni reallıqlarla əlaqədar sərhədlərimizin təhlükəsizliyinin gücləndirilməsi zəruriliyi, yeni sərhəd infrastrukturunun yaradılması və bütün bunların Azərbaycan dövlətini xarici risklərdən qoruyacaq mühüm faktor kimi önə çəkilib.

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə şərh verən Milli Məclisin deputatı Arzu Nağıyev Azərbaycan Prezidentinin inaqurasiya çıxışında yeni dövr üçün aydın bir yol xəritəsi cızdığını qeyd edib.

 

Deputat hesab edir ki, yol xəritəsi bütün aspektlər nəzərə alınmaqla cəmiyyətə çatdırılıb. Onun sözlərinə görə, dövlətin əsas strateji hədəfləri, yürütdüyü siyasətin əsas xətti daim Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün tam şəkildə təmin olunması, eyni zamanda, Azərbaycan vətəndaşının rifahının daim üstün tutularaq önə çəkilməsidir:

 

“Prezident öz çıxışında həmin məqamların hamısına toxundu. Ərazi bütövlüyümüzün qorunması, ərazi bütövlüyümüzə qarşı təhdidin qarşısının alınmasında əsas vəzifələr sırasında ordu quruculuğunun davam etdirilməsi, hərbi sənaye kompleksinin inkişafı ən mühüm addımlardan biri kimi dəyərləndirilməlidir. Çünki bu gün sərhədlərimizdən çox da uzaqda olmayan yerlərdə gedən müharibələr, Azərbaycan-Ermənistan münasibətərinin sülh müqaviləsinin bağlanması istiqamətində atılan addımlar, erməni havadarlarının, eyni zamanda Qərbin və digər dövlətlərin Ermənistandan istifadə edərək müstəmləkəçilik siyasətini yürütməsi və sair məsələlər bu gün də gündəmdədir. Buna görə də güclü Azərbaycan ordusu var və bunu daha da təkmilləşdirmək lazımdır”.

 

A.Nağıyev bu prosesin düzgün idarə olunması üçün eyni zamanda yeni kadr potensialının gücləndirilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycan ordusunda müasir texnologiyadan, texnikadan istifadə edəcək kadrlar mütlə şəkildə olmalıdır ki, bu, ordu quruculuğuna şamil edilir. Deputat hərbi sənayenin qurulması məsələsində təkcə hardansa silah-sursat almaq deyil, eyni zamanda Azərbaycanın öz istehsalı olan Azərbaycan brendi ilə müxtəlif sərgilərdə iştirak etmək, yeni silah bazarına çıxmaq imkanının əldə edilməsi ən mühüm addımlardan biridir:

 

“Cənab Prezident çıxışında əbəs yerə qeyd etmədi ki, Azərbaycan ordusu hansısa təlimlərdə və yaxud digər istiqamətlər üzrə püxtələşməyib. Bizim ordu döyüşə-döyüşə, vururşa-vuruşa təkmilləşən bir ordudur. Ona görə də digər ölkələrin rəhbi institutları Azərbaycan ordusunun hərbi taktikası ilə mütləq şəkildə razılaşır, razılaşmalıdırlar. 44 günlük müharibədə biz bir daha dünyaya göstərdik ki, etik müharibəni necə aparmaq olar. Təbii ki, bu proseslərdə ən mühüm məsələ sərhədlərimizin təhlükəsziliyimizin təmin edilməsidir. Burda ordu, xüsusi xidmət orqanları hüquq mühafizə orqanları, daxili işlər nazirliyinin əməkdaşları - hər biri Azərbaycan sərhəddində təhlükəsizliyin təmin edilməsi istiqamətində ən zəruri addımlardan istifadə etməlidir. Bu yöndə yeni silah-sursat, kadr potensialı, komanda tipli kadrlar, yeni qoşun növləri yaradılmalıdır”.

 

A.Nağıyev qeyd edib ki, bu gün dünyada elə bir proses gedir ki, kimin gücü varsa, diqtə edən tərəf ondadır:

 

"Bu reallıq, paralel olaraq həm NATO və digər standartlara uyğun ordunun yaradılmasını, sərhəd təhlükəsizliyində müvafiq strukturuların daha da təkmilləşdirilməsi üçün aparıcı texnologiyalardan istifadə edilməsini zəruri edir. Bir daha qeyd edirəm: Azərbaycan Prezidenti Milli Məclisdə mühüm məqamlara toxundu. Əsas istiqamət dövlət suverenliyi, təhlükəsizliyin təmin olunması, hər bir azərbaycanlının rifahının təmin olunmasıdır”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Azərbaycanda yeni peyvənd VURULACAQ

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB