Deputat ŞKTC parlament sədrinin müavini ilə Xocalı Soyqırımından danışıb

19:33 28-02-2019 | icon 620 | Qarabağ
Deputat ŞKTC parlament sədrinin müavini ilə Xocalı Soyqırımından danışıb

Millət vəkili Qənirə Paşayeva Şimal Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Məclis başqanının müavini Zorlu Töre və fəal vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri ilə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, dost, qardaş azərbaycanlıların ŞKTC-nin uğurlarına hər zaman sevindiyini, kədər, üzüntü və faciələrinə isə hər zaman üzüldüyünü, Azərbaycan xalqının ürəyinin hər zaman Şimali Kiprdəki qardaş-bacılarımızın yanında olduğunu bildirən millət vəkili Qənirə Paşayevanın dəvətilə Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə İstanbulda keçirilən izdihamlı yürüşdə iştirak edən ŞKTC Məclis başqanının müavini Zorlu Töre bütün məsələlərdə Azərbaycanın yanındayıq deyib.

 

Azərbaycanla ŞKTC arasında əlaqələrin artmasının sevindirici bir hadisə olduğunu, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə inandıqlarını söyləyən millət vəkili qeyd edib ki, ŞKTC-də təhsil alan azərbaycanlı tələbələrin, sərmayə qoyan azərbaycanlı iş adamlarının, azərbaycanlı turistlərin sayının hər il sürətlə artması müsbət hadisədir.

 

Görüşdə Türk Dünyasının ortaq problemləri olan Dağlıq Qarabağ münaqişəsi, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizə və Kipr problem ilə bağlı geniş müzakirə aparılıb.

 

Şimali Kipr Türk Cümhuriyyətinin parlament sədrinin müavini Zorlu Töre Azərbaycanla bütün sahələrdə münasibətlərin getdikcə daha da artması üçün səyləri daha da gücləndirəcəklərini deyib. Azərbaycanı qardaş ölkə adlandıran Zorlu Töre ortaq problemlərin həlli istiqamətində birgə səylərinin artmasının vacibliyini vurğulayıb. Dağlıq Qarabağ probleminin hələ də öz həllini tapmamasından, Azərbaycan torpaqların 20 faizinin hələ də Ermənistanın işğal altında saxlamasından, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evinə dönə bilməməsindən üzüntü duyduqlarını deyən ŞKTC parlament sədrinin müavini beynəlxalq təşkilatların bu məsələdə laqeydliyinin narahatverici olduğunu deyib.

 

Görüşdə  qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında  geniş fikir mübadiləsi də aparılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI