Məktəbdə qorxulu anlar yaşandı

13:13 01-03-2019 | icon 491 | Hadisə
Məktəbdə qorxulu anlar yaşandı

 

“Samux rayonunun Tatlı kəndində yerləşən məktəbdə elə də böyük yanğın olmayıb və xəsarət alanlar da yoxdur” .

 

Versus.Az xəbər verir ki, bu barədə Azvision.az -a Samux rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov bildirib. Onun sözlərinə görə, bu gün səhər saatlarında sinif otaqlarından birində tüstülənmə baş verib. 

“Odun sobasının uc hissəsindəki boruda ərimə olub. Kiçik qığılcım və tüstüləmə baş verib. Qadın müəllimlər qorxudan çölə çıxıblar. Dərhal yanğınsöndürənlərə xəbər verilib. Qısa zamanda qarşısı alınıb. Ciddi yanğın olmayıb. Heç kim xəsarət almayıb”, – G.Hüseynov deyib. 

Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə yerinə cəlb olunan təcili yardım həkimləri tərəfindən 10 müəllimə yardım edilib. Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, “112” qaynar telefon xəttinə Samux rayonunda Tatlı kənd ümumi orta məktəbin binasında yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Məlumata əsasən, qızdırıcı sobanın bacasının ətrafında tüstülənmə yaranıb və yanğından mühafizə bölmələri çatana kimi məktəbin işçiləri tərəfindən qarşısı alınıb. Yanğın hadisəsi olmayıb. 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol