Qida sənayesində inqilab

09:26 16-02-2024 | icon 272 | Maraqlı
Qida sənayesində inqilab

Mal əti ilə düyünün hibridindən məhsul yetişdirildi

 

Alimlər laboratoriyada düyü və mal ətini “calağından” məhsul yetişdiriblər.

 

Tədqiqatın müəllifləri heyvan hüceyrələrinin düyüyə inteqrasiyası ilə yetişdirilən məhsulun tezliklə ekoloji təmiz qida menyularında yerini alacağına inanırlar.

 

Eksperimental düyü 9-11 gün ərzində yetişdirilib.

 

Tədqiqatın müəllifi, Cənubi Koreyanın Yonsey Universitetinin professoru Cinki Honqun sözlərinə görə, o və komandası yeni məhsulu bişirib dadına da baxıblar:

 

“Bişdikdən sonra düyü öz görünüşünü saxlayır, lakin ətə xas olan unikal aroma kombinasiyasını əldə edir”.

 

Tədqiqatın müəllifləri hesab edirlər ki, bu yemək gələcəkdə ənənəvi mal ətindən daha əlverişli protein mənbəyinə çevrilə bilər. 

 

Komanda yeni düyünü fərqli əlavələrlə sınaqdan keçirib və onun müxtəlif yeməklərlə yaxşı uyğunlaşdığını bildirib.

 

Yeni düyü əsasən karbohidratlardan ibarətdir, daha az nisbətdə protein, yağ, vitamin və minerallar var.

 

Müəlliflər qeyd edirlər ki, heyvan hüceyrələrinin düyüyə inteqrasiyası yetərli qida tədarükü təmin edə bilər.

 

Laboratoriyada yetişdirilən düyü, yumşaq və ya yapışqan ənənəvi düyüdən daha kövrəkdir. O, həmçinin səkkiz faiz daha çox protein və yeddi faiz daha çox yağ ehtiva edir.

 

Qeyd edək ki, tədqiqatçıların işi müstəqil ekspertlər tərəfindən birmənalı qarşılanmayıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK