Bakıda tələbələr dava etdi

14:13 01-03-2019 | icon 522 | Hadisə
Bakıda tələbələr dava etdi

 

 

Bakıda baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanıb.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, fevralın 28-də gecə saatlarında paytaxtın Binəqədi rayonu, Aydınbəyov küçəsində 3 tələbənin bıçaqlanması ilə bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci(qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Xatırladaq ki, fevralın 28-də paytaxtın Binəqədi rayonu, Aydınbəyov küçəsində bir qrup şəxslər arasında kütləvi dava olub. 

 

Dava zamanı 1999-cu il təvəllüdlü Vəlizadə Möhübbət, Zeynalov Abbas və Əliyev Zili bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb, 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə isə döyülüb.

 

1 saylı Klinik Tibbi Mərkəzə çatdırılan yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Bıçaqlanan şəxslər Memarlıq və İnşaat Universitetinin tələbələridir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin