Ani Lorak: "Bakı hər zaman adamı özünə çəkir"

12:20 04-03-2019 | icon 679 | Şou-biznes
Ani Lorak: "Bakı hər zaman adamı özünə çəkir"

Martın 2-də tanınmış müğənni, Ukraynanın xalq artisti Ani Lorak (Karolina Kuyek) Bakı Konqress Mərkəzində bakılı pərəstişkarlarına “DİVA” adlı yeni möhtəşəm layihəsini təqdim edib.

 

Versus.az xəbər verir ki, Bakıda dəfələrlə çıxış edən müğənni bu dəfə şousunda demək olar ki, bütün dövrlərdə yaşayan qadınlarını tarixini təqdim etdi. Misir çariçasından başlayaraq müasir qadının tarixini əks edən şou proqram gözəl səhnəcıklər və möhtəşəm rəqslərlə müşayiət olunurdu.

 

Səhnəyə çıxar-çıxmaz, müğənni publikayla möhkəm əlaqə yaradaraq, populyar və sevilən mahnılarını böyük zövq və məharətlə təqdim etdi. Bütün kompozisiyalar yeni versiyalarda işlənmişdir.

Konsert boyu mahnılarla bərabər Ani həm şeir dedi, həm də xoreoqrafiya bacarıqlarını nümayiş etdirdi. Səhnəyə müxtəlif obrazlarda çıxan ifaçıının söylədiyi hər bir şeir isə qadın taleyindən, bəlkə də müğənninin özündən bəhs edirdi.

 

Yeni layihəsini bir çox ölkədə təqdim etmiş Ani Lorak nəticədə öz professional səviyyəsini daha da yüksəldərək, müxtəlif musiqi və beynəlxalq mükafatlara layiq görülmüşdür. Sonda müğənni Bakıya olan sevgisini, bakılı pərəstişkarlarına minnətdarlığını bildirərək söylədi ki, yaxın zamanlarda yenə də Bakıya dönəcək.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin