“Həbslər” başlandı

07:56 03-04-2024 | icon 186 | Maraqlı
“Həbslər” başlandı

“Vorzakon” meymunlara qarşı xüsusi polis bölməsi yaradıldı

 

Tailanda meymun dəstələri arasında başlayan “vətəndaş müharibəsi” ilə bağlı tədbirlər gücləndirilib. 

 

Lopburi şəhərinə hücum edən təxminən 3,5 min meymun insanların yeməklərini oğurlayır, onların üstünə atılır, dava salır və rayonu “öz ərazilərinə” bölüblər.

 

Hazırda hakimiyyət orqanları məsələ ilə bağlı ciddi tədbirlərə başlayıb və meymunlarla mübarizə üçün xüsusi polis bölməsi yaradılıb. Polislər silah kimi sapandlardan istifadə edir və heyvanların ən çox toplaşdığı yerlərdə qəfəslər yerləşdiriblər.

 

Keçirilən əməliyyatlar zamanı zabitlər 23 meymunu ələ keçirə biliblər. Onların arasında şəhər sakinləri tərəfindən “Saqqal” ləqəbi qoyulan alfa-erkək də olub. Bəzi digər meymunlar “qardaşları”nı xilas etməyə çalışsalar da, cəhdləri uğursuzluğa düçar olub.

 

Tutulan meymunlar Milli Parklar Departamentinə təhvil verilib, departament isə onları Vəhşi Təbiəti Xilasetmə Mərkəzinə verəcək.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK

Bəzi tikinti materialları BAHALAŞACAQ

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə