Üç xəbər telekanalının fəaliyyəti DAYANDIRILDI

11:26 03-04-2024 | icon 217 | Dünya
Üç xəbər telekanalının fəaliyyəti DAYANDIRILDI

Sudan hökuməti xəbər yayımında peşəkar standartların və şəffaflığın olmadığını əsas gətirərək, “Al Arabiya News”, “Al Hadath TV” və “Sky News Arabia” telekanallarının ölkə daxilindəki fəaliyyətini dayandırıb.

 

Versus.az xarici KİV-ə istinadla xəbər verir ki, informasiya naziri Qraham Abdel-Qadir həmin üç telekanalların fəaliyyətinin dərhal dayandırılması barədə göstəriş verib. O, qərarın Sudan vətəndaşlarının maraqlarını və dəyərlərini qorumaq üçün verildiyini vurğulayıb.

 

Martın 29-da “Sky News Arabia” telekanalı İŞİD qruplaşması üzvlərinin Sudan Silahlı Qüvvələri ilə birlikdə döyüşlərdə iştirak etdiyinə dair video-reportaj yayımlayıb. Bu məlumat Sudan hökuməti tərəfindən təkzib edilib, Xarici İşlər Nazirliyi isə onu “qeyri-peşəkar və qərəzli” adlandırıb.

 

Xatırladaq ki, 2023-cü il aprelindən Sudanda ordu ilə çevik qüvvələr arasında şiddətli toqquşmalar davam edir. BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisinin son hesabatına görə, münaqişə 6,3 milyona yaxın insanın məcburi köçkünə çevrilməsinə səbəb olub. Həmçinin toqquşmalar nəticəsində təxminən 13,9 min nəfərin öldüyü bildirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Azərbaycanda yeni peyvənd VURULACAQ

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB