Rusiyada güclü daşqın

12:28 06-04-2024 | icon 296 | Dünya
Rusiyada güclü daşqın

Evlər su altında qaldı, əhali təxliyə olunur

 

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində suayırıcı dambanın dağılması nəticəsində daşqın yaranıb və ərazini su basıb.

 

Orskda su basmış elektrik şəbəkəsi obyektləri bağlanıb, bir sıra ərazilərə elektrik enerjisinin verilməsi dayandırılıb. Ural çayının səviyyəsi səhər saatlarında 9,27 metr təşkil edib ki, bu da təhlükəli səviyyədən 2 metr çoxdur.

 

Hazırda 2 556 yaşayış binasını su basıb, 4 208 nəfər təxliyə edilib.

 

Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri sakinlərin təxliyəsini davam etdirirlər.

 

Qəza yerində 530-dan çox mütəxəssis, 125 texnika işləyir.

 

Həmçinin operativ xidmətlərdən verilən son məlumata görə, Orskda bəndin uçması nəticəsində su altında qalan üç nəfərin cəsədi tapılıb.

 

“Üç nəfərin cəsədi tapılıb: ikisi küçədə, biri evdə. Evdə su altında qalan şəxs axşam təxliyə edilməkdən imtina etmişdi”, - deyə məlumatda bildirilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ

İyunda ardıcıl beş gün iş OLMAYACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

COP29-un rəsmi saytı İSTİFADƏDƏ

Magistraturaya qəbul imtahanı verənlərin NƏZƏRİNƏ

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir