Alimlərdən həyəcan təbili

10:23 20-04-2024 | icon 210 | Maraqlı
Alimlərdən həyəcan təbili

Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər

 

Çinin böyük şəhərlərinin təxminən yarısı orta və ya kəskin çökmədən əziyyət çəkir və xüsusən də dünya okeanının səviyyəsi yüksəldikcə bu, milyonlarla insanı daşqın təhlükəsi ilə üz-üzə qoyur.

 

Bu barədə Cənubi Çin Pedaqoji Universitetindən Ao Zuruinin rəhbərlik etdiyi alimlər qrupu “Science” jurnalında dərc olunan məqaləsində bildiriblər.

 

Çinin şəhər ərazilərinin 45%-i ildə üç millimetrdən, 16%-i isə on millimetrdən çox sürətlə çökür. Bu, yeraltı suların səviyyəsinin aşağı düşməsi və binaların çəkisi ilə bağlıdır.

 

Çökmə ilə bağlı itkilər ildə bir milyard dollardan çox təşkil edir və sahilyanı ərazilərin dörddə biri gələn əsr ərzində dəniz səviyyəsindən aşağı düşə bilər.

 

Bununla bağlı problemdən ən çox 15 milyondan çox insanın yaşadığı şimaldakı Tyantszin şəhəri əziyyət çəkir. Keçən il burada torpağın bir hissəsi çökdüyü zaman üç min sakin qəfil geoloji fəlakətdən sonra təxliyə edilmişdi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK