Ermənistan və bir sıra xarici ölkələrin mediasında Azərbaycanla bağlı YALAN MƏLUMATLAR

14:34 20-04-2024 | icon 210 | KİV
Ermənistan və bir sıra xarici ölkələrin mediasında Azərbaycanla bağlı YALAN MƏLUMATLAR

“Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mənbəyi məlum olmayan, habelə reallıqdan uzaq, əsassız məlumatlar yayılmaqdadır”.

 

Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib.

 

Medianın İnkişafı Agentliyi tərəfindən aparılan araşdırmalar nəticəsində sözügedən məlumatların dezinformasiya mahiyyəti daşıdığı və ölkəmizə qarşı sistemli dezinformasiya hücumlarının tərkib hissəsi olduğu müəyyənləşdirilib. 

 

“Medianın peşəkarlıq və beynəlxalq etik dəyərləri ilə ziddiyyət təşkil edən yalan məlumatların, dəqiqləşdirilməmiş rəylərin tirajlanmasını ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmağa hesablanmış növbəti uğursuz cəhd kimi qiymətləndiririk.

 

Media subyektlərini və jurnalistləri qeyri-dəqiq, mənbəyi bilinməyən məlumatlardan istifadə etməməyə və ölkəmizə yönəlmiş dezinformasiya hücumlarının istənilən təzahürlərinə qarşı prinsipiallıq nümayiş etdirməyə çağırırıq”, - deyə agentliyin açıqlamasında qeyd edilib.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK