Keçmiş döyüşçülər şəhid olmuş döyüş yoldaşlarının ailələrini ziyarət ediblər

17:24 04-03-2019 | icon 452 | Qarabağ
Keçmiş döyüşçülər şəhid olmuş döyüş yoldaşlarının ailələrini ziyarət ediblər

Novruz bayramı münasibətilə Laçın rayonundan olan keçmiş döyüşçülər şəhid olmuş döyüş yoldaşlarının ailələrinə baş çəkib, bayram sovqatları aparıblar.



Mart ayının 3-də Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon filialının sədri Babək Aslanov, filialın üzvləri qarabağ veteranları Çingiz Abbasov, Rəfayıl Mirzəyev, Elsevər Hüseynov, Habil Muradov, Xəyyam Nəsirov, Murad KərimovFirdovsi Tağıyev Mingəçevir şəhərində məskunlaşan I-ci qrup Qarabağ əlili İskəndərov Natiq Mənsur oğlunun, Şəki rayonunun Daşbulaq kəndində məskunlaşan şəhid Verdiyev Cahid Şikar oğlunun, Qəbələ rayonunun Zarağan kəndində məskunlaşan şəhid Kərimov Əlinin və Qax rayonunun İbaxlı kəndində məskunlaşan şəhid Vəliev Cəbrayıl Məhyəddin oğlunun ailəsini ziyarət ediblər. 



Novruz bayramı münasibətilə şəhid ailələrinin ziyarət edilməsində təşkilat nümayəndələri şəhidlərimizin qəhramanlıq dolu döyüş yollarından bəhs edilib. Qüdrətli ordumuzun gücü ilə yaxın zamanda qələbə qazanacağımız, əzəli və əbədi torpaqlarımız, doğma yurdumuz olan Qarabağın işğaldan azad ediləcəyini bildiriblər. 



Şəhidlərimizin məzarları ziyarət edilib, ailələrinə bayram sovqatı paylanılıb.

Sonda qazilər şəhid ailələri ilə xatirə şəkilləri çəkdiriblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı