7 yaşlı xalqxeber.az

23:32 04-03-2019 | icon 784 | KİV
7 yaşlı xalqxeber.az

Xalqxeber.Az xəbər portalının 7 yaşı tamam olur.

 

Versus.Az-ın məlumatına görə, 2012-ci il mart ayının 5-də fəaliyyətə başlayan Xalqxeber.Az xəbər portalı 7 il ərzində özünəməxsus fəaliyyət xətti ilə seçilib və bu müddət ərzində kifayət qədər geniş izləyici audutoriyası formalaşdırmağa müvəffəq olub.

 

24 saat onlayn rejimdə fəaliyyət göstərən Xalqxeber.Az-ın rusdilli versiyası da bir aydan sonra oxucuların ixtiyarına veriləcək. Xəbər portalının əməkdaşları bu istiqamətdə də uğurlu nəticələr əldə edəcəklərinə inanırlar.

 

Portalın baş redaktoru Peyman Sadıqov bildirib ki, informasiya resursunun tanıdılması və populyarlaşdırılması çox çətin və çətin olduğu qədər də məsuliyyətli məsələdir:

 

"Azərbaycanın internet məkanında kifayət qədər sayt var. Onların içində xəbər resursu kimi fəaliyyət göstərən ciddi media orqanları ilə rəqabət aparmaq çox çətindir. Amma buna baxmayaraq biz ötən illər ərzində Xalqxeber.Az-ı tanıtdıra və özünün oxucu dairəsini yarada bildik. Media məkanında xəbərlərimizdən demək olar ki, hər gün bu və ya digər dərəcədə istifadə olunur. Həm ictimai-siyasi, həm sosial-iqtisadi, həm də dövrün tələbinə uyğun olaraq əyləncəli xəbərlərlə işləyirik. Əməkdaşlarımız Türkiyə, Rusiya mətbuatından maraqlı xəbərlər tərcümə edir. Bundan başqa, aktual mövzulara, milli məsələlərə dair analitik məqalələr və müəllif yazılarına da geniş yer veririk. Çalışırıq ki, fəaliyyətimizdə jurnalistlərin peşə davranışı kodeksinə maksimum riayət edək, qərəzdən və qeyri-obyektivlikdən uzaq olaq".

 

Saytın əsas hədəflərdən birinin insanlarda olan özünüifadə imkanlarını reallaşdırmaq, azad fikirli insanların meydanına çevrilib və onların maarifçi düşüncələrini işıqlandırmaq olduğunu deyən Peyman Sadıqov onu da bildirib ki, qarşıdakı müddətdə Xalqxeber.Az öz fəaliyyətini daha da genişləndirəcək:

 

"Sıralarımızı böyütməyə, texniki imkanlarımızı daha da gücləndiriməyə çalışırıq. Hədəfimiz daha böyük izləyici auditoriyası toplamaqdır. Bu istiqamətdə konkret fəaliyyət proqramımız var. Axsayan və üstün tərəflərimizi təhlil edirik ki, növbəti mərhələlərdə büdrəməyək".

 

Versus.Az İnformasiya Agentliyinin kollektivi Xalqxeber.Az-ın bütün əməkdaşlarını təbrik edir, fəaliyyətlərində uğurlar arzulayır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”