İlk Milli Xalça Festivalından REPORTAJ

12:17 06-05-2024 | icon 182 | Mədəniyyət
İlk Milli Xalça Festivalından REPORTAJ

Bakıda Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilib. Festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə İçərişəhərdə baş tutub. 

 

Xalça Festivalından reportajı təqdim edirik.

 

Ötən həftənin sonu İçərişəhər küçələri rəngli xalçalarla bir başqa göz oxşayırdı. 4-5 mayda tarixi küçələr xalçalarla bəzədilmişdi...

 

 

Festivalın açılış mərasimi Qoşa Qala qapısında baş tutub. Eyniadlı meydanında musiqi proqramı, inklüziv xalça sərgisi, uşaqlar üçün ustad dərsləri, 14 bölgədən gələn xalçaçıların ustad dərsləri, “Muğam axşamı” konsert proqramı və sair təşkil olunub.

 

 

İki gün davam edən festivalda İçərişəhər ərazisində xalçaçılıq sənətinə həsr edilən bir sıra tədbirlər keçirilib. Milli dəyərləri naxışlarda əks etdirən Azərbaycan xalça sənətinin qədim tarixi bu festivalda nümayiş etdirilib. Festivalın 5 mayda keçirilməsi də təsadüfi deyil. Ölkəmizdə yüzillərdir xalça toxunsa da, bu sənət mənsublarının heç vaxt öz peşə bayramı olmayıb. Lakin 2016-ci ildən etibarən 5 may “Xalçaçı günü” elan olunub. Elə bu səbəbdən həmin gün İçərişəhər küçələri xalça, xalça ornamentli dekorasiyalarla bəzədilib.

 

 

Festivalda qədim, müasir müəllif xalçalarından ibarət sənət nümunələri nümayiş olunub. Festivalın ilk saatlarından insanlarda maraq, coşğu hiss olunurdu. İnsanlar xalça üzərində rəqs edir, şəkil çəkdirir, oyunlar oynayırdı. Şəhərin qonaqları burada özlərini, sanki, keçmişə səyahət etmiş kimi hiss edirdi.

 

 

Festivalda xalçatoxuma sənəti ilə bağlı uşaqlar və böyüklər üçün ustad dərsləri, yarmarkalar təşkil olunub.

 

 

Azərbaycan qadınları gözlərinin nurunu barmaqlarının ucundan ilmə-ilmə saplara köçürərək sənət əsərləri yaradıblar. Xalça toxuma sənəti ilə maraqlanlar burada xalçanın necə ərsəyə gəldiyini də görə biliblər, iplərin boyanması, xalçanın ütülənib, yuyulması, xalçanın ərsəyə gəlməsi prosesi canlı şəkildə göstərilib. Bu qədim sənətlə maraqlananlar xalçanın hazırlanması prosesini izləyib, ustad dərlərinə qatılıblar. Festivalda ölkənin 14 bölgəsindən toxucular qatlıb. Burada Quba, Horadiz, Qəbələ, Ağdam, Şamaxı və.s bölgələrinin xalçalarının necə hazırlandığı nümayiş etdirilib. Eyni zamanda ipəklərin boyanması, çeşnilərin və naxışların vurulması, xalçanın toxunması, xalçanın emal edilməsi prosesinə şahid olublar.  Milli Xalça Festivalında yerli xalçaçılarla yanaşı, xaricdən ustalar da dəvət olunub.

 

 

Festivala yerli sakinlərlə yanaşı, xarici qonaqlarda da maraq hiss olunurdu. 

 

 

Modern.az-a danışan Bengü Yaşar adlı Türkiyə vətəndaşı festival üçün Bursadan gəldiyini deyib: 

 

"Qardaş ölkəmiz Azərbaycanı çox sevirik. Festivala qatılmaq istədik. Buradakı ab-hava çox xoşumuza gəldi. Burada sənətin, mədəniyyətin təbiətlə ahəngini çox bəyəndim. Çox gözəl milli musiqiləriniz var. Bursaya Bakıdan xoş təəssüratlar aparacam. Xalçalarınız sanki fabrikdə hazırlanmış kimidir. Ancaq sonra öyrəndim ki, bu işlərin hamısı böyük əməklə işlənib, hazırlanıb".

 

 

İstanbuldan Bakını görməyə gələn Sezai Tanrıverdi isə insanların çox istiqanlı olduğunu deyir:

 

"İçərişəhəri gəzərkən təsadüfən Xalça  Festivalının olduğunu gördük. Çox xoş təsadüf oldu. Bu qədər gözləmirdik. Festivalda Azərbaycan xalq mahnılarının ifasını həyat yoldaşımla heyranlıqla dinlədik. Azərbaycan  xalçaları çox gözəldirlər. Rəngarəng, maraqlı naxışları var. Bu yaz havasında füsünkar görünürlər".

 

 

Almaniyadan gələn təbrizli qonaq festivalla bağlı fikirlərini belə ifadə edib:

 

“Hər yeri gəzmişəm, ancaq ən sevdiyim məkan öz vətənimiz Azərbyacandır. Dördüncü dəfədir gəlirəm. Festivala qatıldım, çox gözəl təşkil olunub. Hələ də bayramın təsiri altındayıq. Azərbaycan xalçaçılığının ilk mərkəzlərindən biridir. Elə Azərbaycanda xalçaçılıq nümunələrinin yarandığı ilk şəhərlərdən biri Təbrizdir. Sevinirəm ki, bu tarix Bakıda qorunub, saxlanılır. Bu qədim sənətin yox olmamasına, ona olan marağın artmasına yönələn çox gözəl təşəbbüsdür. Ümid edirəm ki, davamlı olar, beynəlxalq səviyyədə keçirilər".

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ