"YAP istənilən vaxt seçkiyə hazırdır”

13:21 06-05-2024 | icon 159 | Siyasət
"YAP istənilən vaxt seçkiyə hazırdır”

Məlahət İbrahimqızı: “Parlament seçkisi olarsa, mövcud reallığa uyğun olaraq aparılacaq”

 

Artıq müəyyən ictimai-siyasi kluarlarda parlament seçkilərinin keçiriləcəyi, hətta vaxtı ilə bağlı fikirlər səslənir. Bir sox partiya sədrləri, deputatlar seçkilərin keçiriləcəyini və seçki prosesinin oktyabr ayına təsadüf edəcəyi qənaətini açıqlayıblar.

 


Maraqlıdır, parlament seçkilərinin keçirilməsi ilə bağlı məlumatlar nə dərəcədə dəqiqdir və siyasi təşkilatlar parlament seçkilərinə necə hazırlaşır?

 

YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı Parlament seçkilərinin keçirilməsi ilə bağlı heç bir siyasi qərarın olmadığını bildirib.

 

Deputat bununla yanaşı hakim partiyanın, başda Prezident İlham Əliyev olmaqla təkcə seçkidən seçkiyə deyil, bütün fəaliyyəti boyu aktivlik göstərdiyini, ciddi işlərə imza atdığını deyib:

 


“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin daxili və xarici siyasətində əldə olunan bütün uğurlar seçkiyə hazırlıqdır. Ona görə iqtidar partiyası olan YAP -ın istənilən vaxt seçkiyə hazır olduğuna və qələbə qazanacağına əminəm. Ölkə həyatındakı mövcud ictimai-siyasi mühit dünyanın heç bir ölkəsində yoxdur. Vətəndaş həmrəyliyi, siyasi partiyalar arasında konstruktiv dialoq, mətbuat və söz azadlığı və sair. Ona görə də parlament seçkisi olarsa, mövcud reallığa uyğun olaraq aparılacaq”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ