Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72
13:46 06-05-2024
|
335 |
Cəmiyyət
Adamdan təlim və ya təhsil vasitəsi ilə nə istəsən "düzəltmək" olar, bircə AĞSAQQALDAN başqa. O əsər yalnız Allaha məxsusdur, bunu Allahdan başqa heç kim bacarmaz.
Kim deyir ki, AĞSAQQAL yetişir, yalandır, AĞSAQQALLIQ İlahi təyinatdır. Ağsaqqallar Allahın Yer üzündə peyğəmbərlərdən də əvvəl yaratdığı qanadsız mələkləridir...
Əgər məndən soruşsalar ki, bu təyinatı icra edən adamlardan kimləri sadalaya bilərsən? Fikirləşmədən Firudin Abazəliyevin adını birinci hallandıraram. Siyahının sonrasını sadalamaq üçün gərək düşünüm...
Kimdir Firudin Abazəliyev?- sualına isə cavabım budur;
Allahın bütün mənalarda qulu və dünyanın əşrəflərindən biri. Yox, yox, birdən elə bilərsiniz ki, böyük vəzifə, imtiyaz sahibirir, əsla. Sadə bir ailədə doğulub, hamı yediyindən yeyib yaşayır, amma hamı kimi deyil, fikirlərin zülmətinə nur saçandır - azan düşüncələri düz yola yönəldən ULDUZlardan biridir...
Və bu cavabın təsdiqi isə belədir - Aləmləri yaradan Allahın məsləhətinə şükür!..
Mayın 7-si Allahın bu gözəl bəndəsinin ad günüdür, 72 yaşı tamam olur. Bu münasibətlə Onu təbrik edir, möhkəm can sağlığı arzulayıram.
Çox yaşasın!
Elman Eldaroğlu
Xəbər lenti
Sabahın hava PROQNOZU
Bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var