Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

18:06 06-05-2024 | icon 235 | Təhsil
Rezidenturaya qəbulun NƏTİCƏLƏRİ

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün 5 may 2024-cü il tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələrini elan edib.

 

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

 

Bildirilib ki, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”, “Naxtel”) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu “7727” nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1274 namizəddən 35 nəfəri imtahana gəlməyib.

 

252 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.

 

Müsabiqə şərtini ödəyənlərdən 128 nəfər 4 və ya 5-ci kurs tələbələridir.

 

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

 

Mayın 5-də keçirilən imtahanda 71 nəfər bu ilin, 53 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 124 namizəd ikinci mərhələyə buraxılıb.

 

Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 376 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.

 

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 7 may saat 10:00-dan 8 may saat 17:00-dək müraciət edə bilərlər.

 

Qeyd edək ki, baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) iyunun 23-də keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək üçün qeydiyyat 10 – 19 may 2024-cü il tarixlərində DİM-in saytında internet vasitəsilə aparılacaq.

 

Bildirək ki, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 4-də keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ