Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

09:59 07-05-2024 | icon 223 | Siyasət
Bax buna deyərlər SÖZ AZADLIĞININ BOĞULMASI

Fuad Əliyev: “Azərbaycanda təxribat, qarşıdurma, xaos yaratmaq istəyirlər”

 

“ABŞ-ın Azərbaycana qarşı sərgilədiyi mövqeni gözlənilən hesab eləmək olar. Rəsmi Bakının müstəqil siyasət yürütməsi ilə barışa bilmirlər”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında siyasi şərhçi Fuad Əliyev bildirib.

 

 

Fuad Əliyevin sözlərinə görə, ABŞ, Avropa İttifaqı, xüsusən də Fransa güclü, müstəqil Azərbaycan dövlətini qəbul edə bilmirlər:

 

“Onlara Ermənistan kimi idarə olunan ölkələr lazımdır. Azərbaycan Qərbdən gələn bəyanatları bəziləri kimi qeyd-şərtsiz yerinə yetirəcək ölkə deyil. Azərbaycan xalqı bəzi Qərb ölkələrinin, xüsusilə ABŞ-ın ona münasibətdə həmişə ədalətsiz olduğunu, işğalçı Ermənistanı dəstəklədiyini unutmur”.

 

Qərb ölkələrin hesabatlarında Azərbaycanda mətbuat, söz azadlığının pozulmasının qeyd olunduğunu vurğulayan F.Əliyev bildirdi ki, Azərbaycanda söz və mətbuat azadlığı var:

 

“İstənilən şəxs istənilən mətbu orqanda öz fikirlərini deyir. Bu, söz azadlığın pozulmasıdır? “Fox News” kanalın tanınmış aparıcısı Taker Karlson TV Kanalın rəhbərliyi tərəfindən rəsmi izahat vermədən işdən azad olunmuşdu. Bilirsiz niyə? Çünki fərqli mövqe ilə çıxış edirdi. Bax buna deyərlər söz azadlığının boğulması. Bu gün istənilən mətbu orqanı istər ölkədaxili, istərsə də xaricdə sərbəst fəaliyyət göstərirlər. Onda bu hesabatlarda kimlərdən gedir söhbət? Söhbət, özlərinin yaratdıği 5-ci kalona daxil olan mətbu orqanlardan gedir. Hansılar ki, öz yazılarıyla Azərbaycanda təxribat, qarşıdurma, xaos yaratmaq istəyirlər. Və hüquq-mühafizə orqanları dövlətçiliyi qorumaq məqsədilə haqlı olaraq onları ifşa edib məsuliyyətə cəlb edirlər”.

 

Fuad Əliyev ABŞ-ın öz daxili problemləriylə məşqul olmaq əvəzinə, başqa ölkələrin daxili işlərinə qarışdığını qeyd edib:

 

“Dünyanın müxtəlif bölgələrində baş verən siyasi təlatümlər, iğtişaşlar, müharibələr, dövlət çevrilişləri, vətəndaş müharibələrinin içində mütləq Vaşinqton dayanır. Ukrayna, Yaxın Şərq, Liviya, Suriya, İraq, Əfqanıstan, indi də Gürcüstan və Ermənistan - hamısı ABŞ-nin əsəridir. 20 il Əfqanıstanı işğal altında saxlayan ABŞ bir obyekt belə tikmədi, yol salmadı, əksinə, bütün ölkəni narkotik plantasiyasına çevirdi. Qəzzada baş verənlərin arxasında Vaşinqton durur. Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və bu alovu sönməyə qoymayan Amerikadır. Milyonlarla insanın qanı Vaşinqtonun vicdanına yazılıb”.

 

F.Əliyev qeyd edib ki, ABŞ keçmiş ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ərazilərimizin işğalı, etnik təmizləmə, milli-mədəni irsimizin məhv edilməsi, sərvətlərimizin talanmasına görə məsuliyyət daşıyır:

 

“ABŞ 30 il ərzində bir dəfə də olsun işğalçı Ermənistanı qınamadı, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrası istiqamətində addım atmadı. Əvəzində 1992-ci ildə Azərbaycana qarşı 907-ci düzəlişi qəbul etdi. Və bu günə gədər onu ləğv etməyiblər”.

 

AYSEL
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq