Paşinyan Bakıya gələcək?

12:17 07-05-2024 | icon 158 | Siyasət
Paşinyan Bakıya gələcək?

Deputat Azərbaycana qarşı şəbəkələrin adlarını çəkdi

 

“Qələbəmizə qarşı BMT-dən başlayan sanksiya planları iflasa uğrayandan sonra indi Amerika Konqresində ölkəmizin seçilmiş adamlarına qarşı cəza layihəsi işə salınıb. Araşdırmalar göstərir ki, sənədi ilk dəfə hazırlayan Konqresin “Tom Lantos İnsan Hüquqları Komitəsi”, habelə Tom Lantos Fondu eynilə 1992-ci ildə 907-ci düzəlişin də təşəbbüskarları və müəllifləridir”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

 

O bildirib ki, üstündən 32 il keçməsinə baxmayaraq, Lantoslar ailəsinin əli ilə dünya erməniçiliyi ölkəmizə qarşı siyasi şantaja əl atır:

 

“Argentinanın ən varlı adamı, “aeroport maqnatı” kimi tanınan Eduardo Ernekyanın sədrlik etdiyi Raul Vallenberq adına İnsan haqları İnstitutu, eyni adlı fond da hörümçək toru qurub. Onlar sanksiyaları təşviq edir, qlobal hüquq və ədalət strukturlarında mütəşəkkil dəstə, “beynəlxalq hüquq mafiyası” kimi gecə-gündüz əleyhimizə işləyirlər. Onların əlləri çatsa, təkcə Vətən müharibəsinin qəhrəmanlarına qarşı deyil,  bütün xüsusi təyinatlılarımıza, komandolara, hər bir şəhidimizə, bir sözlə bütün Azərbaycan ordusuna qarşı hərbi hökmlər çıxararlar. Xalqımızın müqəddəs simvoluna çevrilən 44 rəqəmini ləkələmək üçün “44 Azərbaycan rəsmisi” ifadəsinin seçilməsi də sübut edir ki, 8 noyabr Zəfəri təkcə bir ölkə üzərində  qazanılmayıb”.

 

Deputat qeyd edib ki, ABŞ Konqresi və Fransa Senatı ilə müqayisədə Ermənistan parlamenti sülh göyərçini kimi görünür:

 

"Gürcü Arzusu Partiyasının lideri Bidzina İvanişvili haqlı olaraq, onları “qlobal müharibə partiyası” adlandırır. Bizə xarici siyasət kursumuzu dəyişməyi, Ağ Evin və Brüsselin təsir agentlərinə çevirdikləri qeyri-hökumət təşkilatlarına rəsmi hakimiyyət verməyi tələb edirlər. Bu il aprelin 24-də Cozef Baydenin “artsax” kəlməsini işlətməməsi və Xankəndidə “etnik təmizləmə” iddiasına “sıfır reaksiyası “sənəd”i heç bir hüquqi əsası olmayan “erməni aktı”na çevirir”.

 

Zahid Oruc qeyd edib ki, Azərbaycan dövlətinin sanksiya hədələrinə cavabı Böyük qayıdışı gücləndirməsi, delimitasiyanı addım-addım irəliyə aparması, regionda sülhü qazanmasıdır. O, bununla yanaşı Ermənistanın baş naziri Nikol Paşinyanın da Bakıya dəvət olunmasını təklif edib:

 

“Sanksiyalara cavab kimi, həmçinin Azərbaycan qardaş Türkiyə ilə hərbi-siyasi ittifaqı möhkəmləndirməli, region dövlətləri ilə konfrontasiyaya getməməli, Azərbaycan torpaqlarının işğalına dəstək verən konqresmenləri, keçmiş dövlət katibi Ceyms Beykerdən Göyçə dağlarına qədər gəlib çıxan Foq Rasmussenədək hamısını qara siyahıda dünyaya sülhün düşmənləri kimi göstərməliyik. Baş nazir Paşinyanı Bakıya dəvət etmək də olar. Bununla məğlubların, siyasi düşmənlərimizin və sanksiyaçıların Azərbayacana yolu birdəfəlik bağlanmalıdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq