Startap proqramları ilə bağlı məlumat sessiyası keçirilib

21:18 05-03-2019 | icon 426 | Təhsil
Startap proqramları ilə bağlı məlumat sessiyası keçirilib

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi münasibətilə Sil.İnnovasiya Mərkəzi bu ali təhsil müəssisəsində yerli və qlobal startap proqramları ilə bağlı tələbələr üçün məlumat sessiyası keçirib.

 

BDU-dan Versus.Az-a verilən məlumata görə, universitetin SABAH mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbiri adıçəkilən mərkəzin innovativ layihələrə dəstək qrupunun rəhbəri, dosent Mətanət Musayeva açaraq onun əhəmiyyəti barədə danışıb.

 

Sil.İnnovasiya Mərkəzinin təsisçisi və direktoru Cəsur Həsənov isə tələbələrə startap layihələr və mərkəzin bu istiqamətdəki fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, qurum Azərbaycanda startaplar üçün müxtəlif təlimlər, yerli və qlobal proqramlar həyata keçirərək onları xarici bazara hazırlamaq məqsədilə yaradılmış bir innovasiya mərkəzidir. Şirkətin əsas məqsədi 2025-ci ilədək hər il Azərbaycanın 50 texnoloji startapını dəstəkləmək və ən uğurlu olanlarını qlobal bazara çıxarmaqdır. İnnovasiya Mərkəzi hazırda yerli startaplara dəstək məqsədilə “Creative Business Cup” və“ClimateLaunchpad” kimi qlobal startap proqramlarını Azərbaycanda keçirən yeganə təşkilatdır.

 

Hazırda “Creative Business Cup” proqramına qəbul davam edir və yaradıcı sənayeyə aid ideya və layihələri olan hər kəs http://sil.vc/bc səhifəsində müraciətlərini göndərə bilərlər. Müraciətlər martın 10-da başa çatır.

Görüş tələbələrin mövzu ilə bağlı çoxsaylı suallarına cavabla yekunlaşıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin