Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

19:32 09-05-2024 | icon 263 | Təhsil
Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

May ayının 8-də Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbində Ulu Öndərin 101-ci ildönümü münasibəti ilə dəyirmi masa təşkil olunub.

 

Versus.Az xəbər verir ki, məktəb rəhbərliyi, müəllimlər və şagird kollektivi iştirak etdiyi tədbirdə gənc yazar, AJB üzvü, məktəbin 10-cu sinif şagirdi, “Ulu Öndərin işığında” adlı kitabın müəllifi Sevindik Nəsiboğlu ilə şagirdlərin görüşü də təşkil edilib.

 

Xocavənd rayon Nərimanlı kənd tam orta məktəbinin direktoru Aidə xanım Zülfüqarova, məktəbin təşkilati məsələlər üzrə direktor müavini Rübabə xanım Hüseynova və təlim-tərbiyə işləri üzrə direktor müavini Nəsibə xanım Əhmədova çıxışlarında bu günkü xoşbəxt yaşayışa, torpaqlarımızın işğaldan azad olunmasına görə Ulu Öndər Heydər Əliyevə borclu olduğumuzu qeyd ediblər. Məhz onun uzaqgörən siyasəti nəticəsində vətənimizin dünya səviyyəsində tanındığını vurğuladılar.

 

Tədbirdə Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” adlı kitabı haqqında və kitabda çap olunan məqalələr haqqında şagirdlərə məlumat verildi.

 

Gənc yazar Sevindik Nəsiboğlu çıxışında Ulu Öndərimizə həsr etdiyi kitabın yazılma prosesindən, Ulu Öndərimizə olan sonsuz ehtiramından və Ulu Öndərimizin uşaqlara olan qayğısından danışdı.

 

Sevindik Nəsiboğlu çıxışının sonunda “Ulu Öndərimiz” adlı şeirini səsləndirdi və şagirdlərə uğurlar arzu etdi.

 

Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq