Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

11:59 10-05-2024 | icon 198 | Siyasət
Parlament seçkiləri avqust-sentyabr aylarında keçirilə bilər

Fazil Mustafa: "Azlıqda olan partiyalar üçün belə imkanlar genişləndirilməlidir"

 

Artıq bir neçə aydır ki, ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ehtimalı müzakirə mövzusudur. Parlament seçkilərinin vaxtından əvvəl keçirilməsi hansı zərurətdən yaranıb?

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirib ki, növbədənkənar parlament seçkiləri ölkədə keçiriləcək COP29 beynəlxalq tədbiri ilə bağlıdır.

 

Deputatın sözlərinə görə, bu tədbir ölkənin imici, dövlət maraqları üçün önəmlidir və böyük əhəmiyyət kəsb edir:

 

“Beynəlxalq tədbirin vaxtının təyini bizdən asılı deyil. Tədbir avqust ayında olsaydı yəqin ki, parlament seçkiləri vaxtında keçiriləcəkdi. Hüququ real münasibətlər tənzimləyir. İndi vaxt qıtlığına görə bizim operativ referendum keçirib məsələləri orada həll etmək imkanlarımız məhduddur. Burda söhbət təkcə parlament seçkilərinin vaxtının dəyişdirilməsindən gedir. Bu dəyişiklik bələdiyyə seçkilərinə təsirini göstərməyəcək. Bələdiyyə seçkiləri vaxtında - dekabr ayında keçiriləcək. O baxımdan parlament seçkiləri fors-major situasiyadan doğan beynəlxalq tədbirin keçirilməsi ilə bağlı şərtlərdən yaranan bir zərurətə çevrilib. Çünki beynəlxalq tədbri parlament seçkiləri ilə üst-üstə düşən səviyyədə apara bilmərik. Ölkəyə 80 min qonaq gəlir. Belə bir qarışıq məqamda seçki keçirmək böyük problemllər yarada bilər”.

 

F.Mustada hesab edir ki, seçkilər növbədənkənar seçki formatında olmayacaq. Prezidentin sərəncamı ilə seçkilərin vaxtı təyin olunacaq və bu formada hüquqi boşluğun aradan qaldırılması problem həllini tapa bilər:

 

“Parlament seçkilərini geriyə çəkmək, uzatmaq olmaz. Bu, konstitusiyaya uyğun deyil, amma irəli çəkmək olar. Çünki bu təcrübə praktikada var. Seçkilər qabağa çəkilirsə, ən azı 2 ay qabağa çəkilməlidir ki, tədbirə hazırlaşmaq imkanı olsun. Seçkilərin avqust-sentyabr aylarında keçirilməsi mümkündür, alternativlər yoxdur”.

 

F.Mustafa qeyd edib ki, burda hansı mexanizmlərin seçilməsi ümumi müzakirədən sonra qəbul olunacaq qərardan asılı olacaq. Onun fikrincə, seçkilər ayrıca sərəncamla və yaxud parlamentin özünü buraxması ilə də ola bilər.

 

F.Mustafa seçkilərdən istifadə edərək bəzi maraqlı dairələrin ölkdə gərginlik yarada bilməsi ehtimalına da birmənalı yanaşıb. O, bildirib ki, Azərbaycan sabit bir ölkədir və parlament seçkilərinin ölkə həyatında hansısa bir mühüm dəyişikliklərə səbəb olacağını söyləmək doğru olmaz:

 

“Parlament seçkiləri qanunverici orqanın seçkiləridir. Bizdə prezidentli pespublika olduğuna görə böyük əhəmiyyət daşıyan siyasətin dəyişməsinə təsir edən əsas amil də məhz president seçkiləri ola bilər. Bu il ölkədə Prezident seçkiləri keçirilib və onun nəticələri, keyfiyyəti hər kəsə bəllidir. Yəqin ki, parlament normal şəkildə formalaşacaq. Bu da parlamentdə yeni konfiqurasiyanın necə dəyişəcəyindən asılı olan məsələdir. Amma bütövlükdə parlament seçkilərinin hansısa bir şəkildə ölkədə bir siyasi kursa təsir edəcəyini gözləmək sadəlövlük olar. Çünki ümumi mənzərə odur ki, yenə də hakim YAP öz mövqeyini qoruyub saxlayacaq. Amma müəyən dərəcədə hansısa siyasi partiyaların sayı, yaxud imkanları daha fərqli şəkildə arta bilərsə, onda məhz bəzi məsələlərdə hansısa bir şəkildə fərqlilik gözləmək mümkündür”.

 

F.Mustafa hesab edir ki, parlament seçkilərində proporsional seçki sistemindən söhbət getmir. O, seçkilərin tipik mojoraitar seçki sistemində olacağını deyib:

 

“Çünki seçkidən əvvəl hər hansı bir referendumla dəyşikliklər olmadı. Ona görə də mövcud konstitusiyanın tələbinə uyğun olaraq seçki keçiriləcək və seçki sisteminin hansısa bir şəkildə dəyişməsi mümükün deyil”.

 

Siyasi partiyaların parlamentdə sayı ilə bağlı məsələyə gəlincə, deputat onsuz da bu sayın böyük olduğunu deyib. Onun fikrincə, say çox olsa da, təsir imkanları azdır:

 

“Çünki parlamentdə hər bir partiyadan bir, üç nəfər nümayəndə var. Bu da mojaritar sistemin oraya qoyduğu çətinliklərdir. Proporsional seçki olsaydı, ən azı hər partiyadan parlamentdə 3-4 nəfər təmsil olunardı. Bu, partiya institunun daha da ciddiyyət qazanmasına gətirib çıxarardı. Amma indiki şərtlərdə bunun necə olacağını söyləmək çətindir. Çünki mojaritar qaydada hər partiyadan neçə nəfərin keçəcəyini proqnozlaşdırmaq çox çətindir. Bütün hallarda partiya nümayəndələrinin sayının başqa partiyaların sayının çox olması parlamentin işinə rəngarənglik qata bilər, həm də beynəlxalq qurumlarda müəyyən təmsilçilik məsələlərinə faydalı ola bilər”.

 

Bununla yanaşı F.Mustafa siyasi partiya nümayəndələri ilə bağlı parlamentdə müsbət tendensiya yaradıldığını deyib. O, partiya rəhbərlərinin, təmsilçilərinin müəyyən dərəcədə parlamentdə Milli Məclsin sədr müavini, Komitə sədri, onun müavinləri səviyəsində təmsilçilik əldə etmələrini müsbət hal kimi dəyərləndirib. O, bununla yanaşı hesab edir ki, azlıqda olan partiyalar üçün belə imkanlar genişləndirilməlidir.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq